Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Böyük Britaniya səfirləri “Tehran-43”-ü təkrarladılar, İran qəzəbləndi

Rusiyanın İrandakı səfiri Levan Caqaryanla Tehrana yeni təyin edilmiş Böyük Britaniya səfiri Saymon Şerkliffin fotosu diplomatik qalmaqala səbəb olub. İran KİV-ləri xəbər verir ki, Rusiya səfiri yeni təyin olunmuş britaniyalı diplomatla özünün iqamətgahında görüşüb. Bundan sonra onlar 1943-cü ildə keçirilmiş tarixi Tehran konfransının iştirakçılarının görüşdüyü pilləkəndə foto çəkdiriblər. Həmin foto Stalin, Çörçill və Ruzveltin fotosunu xatırladıb.

Foto İran ictimaiyyətində etirazla qarşılanıb, İran rəsmi şəxsləri də bunu ölkəyə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. İran parlamentinin sədri Məhəmməd Qalibaf Rusiya və Böyük Britaniya səfirlərini tənqid edərək həmin fotonu “qəribə” adlandırıb, XİN-i məsələni aydınlaşdırmağa çağırıb. Və səfirlərin dərhal üzr istəməli olduğunu deyib.

Xarici işlər naziri Cavad Zərif də fotonu kəskin tənqid edib. “Bu gün mən həmin yersiz fotonu gördüm. 2021-ci ilin avqustu 1941-ci ilin avqustu və ya 1943-cü ilin dekabrı deyil. İran xalqı nüvə razılaşmasına dair danışıqlarda sübut etdi ki, onun taleyi xarici səfirlərin və dövlətlərin qərarlarından heç vaxt asılı ola bilməz”,-o bildirib. Xatırladaq ki, İran cəmiyyətində SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin İkinci Dünya müharibəsinin gedişini müzakirə etmək üçün görüşdüyü 1943-cü il Tehran konfransı birmənalı qəbul olunmur. Bu görüş suveren İrana qarşı təcavüz kimi qiymətləndirilir. Səfirlərin fotosu da ona görə cəmiyyətdə etirazla qarşılanıb.

Xəbər verilir ki, qalmaqalla bağlı Rusiyanın İrandakı səfiri Levan Caqaryan bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirliyin yaydığı məlumata görə, “dostluq atmosferində keçən” görüş zamanı İran tərəfinə bütün zəruri izahat verilib. Səfir yaranmış anlaşılmazlığa görə üzr istəyib.(virtualaz.org)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar