Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın milli maraqları xaricdə, o cümlədən Rusiyada birmənalı qorunmalıdır” - Azər Xudiyev

"Son zamanlar Rusiyanın Kremlə yaxın olan siyasi və nüfuzlu ekspert dairələrinin nümayandələri tərəfindən Azərbaycan xalqı və dövlətinin ünvanına səsləndirilən təhdidlər və təhqiramiz ifadələr artıq bütün siyasi və mənəvi etika sərhədlərini aşmaqdadır. Görünən budur ki, Azərbaycan tərəfinin buna bir qədər yumşaq yanaşması həmin dairələrdə bu hərarəti daha da artırır. Rusiyanın siyasi həyatında kifayət qədər tanınan və öz çıxışları ilə hər zaman gündəm yaradan Vladimir Jirinovskinin ölkəmizin və cənab Prezident İlham Əliyevin ünvanına söylədiyi ifadələr, zənnimcə qəsdən hazırlanmış və Rusiyanın geosiyasi maraqlarından çıxşı edən aksiyadır”.

Bunu Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bildirib.

O, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin səsləndirdiyi fikirlərə toxunaraq, onun qəsdən belə addım atdığını vurğulayıb:

"Əlbəttə, Jirinovski bu çıxışı edərkən yaxşı bilirdi ki, AzərbaycanRusiya arasındakı siyasi və diplomatik münasibətlərdə kifayət qədər gərginlik yaradacaq, amma buna baxmayaraq o, bu addımı atdı. Deməli, belə bir qənaətə gəlmək olar ki, iki ölkə arasında istər diplomatik müstəvidə, istərsə də siyasi spektor üzrə böyük ixtilaf mövcuddur. Bu gün beynəlxalq hüquq həqiqətən də turbulent vəziyyətindədir və bir sıra regionlarda dövlətlər ağır siyasi proseslərlə üzləşib.

Bundan başqa, bir sıra münaqişələr hələ də həllini tapmayıb, amma beynəlxalq hüququn mexanizmləri işləməkdədir və müvafiq sanksiyaların tətbiq edilməsi qüvvədədir. Ona görə də, bir diplomat və Azərbaycanın vətəndaşı kimi hesab edirəm ki, xalqımızın və ölkəmizin milli maraqlarını və imicini beynəlxalq müstəvidə müdafiə edərək qoruyub saxlamalıyıq”.

Azər Xudiyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Jirinovskinin çıxışına səssiz qalmasına da iradını bildirib:

"Səmimi olsaq, mənim üçün ən narahatedici hal Rusiya Federasiyasındakı səfirimiz Polad Bülbüloğlunun son hadisələrə tamamilə susqun mövqe nümayiş etdirməsidir. Zənnimcə, bu kimi yanaşmalar heç bir halda məqbul sayıla bilməz və o, diplomatik təcrübəyə uyğun olaraq, eləcə də öz səfir səlahiyyətləri çərçivəsində münasibət bildirə bilərdi. Səfir tərəfindən Jirinovskinin məntiqsiz və siyasi tərbiyədən uzaq olan çıxışına Rusiya KİV-i vasitəsilə istər məqalə, istərsə də digər formada sərt cavabın verilməsi daha məqsədəuyğun və vətənpərvərliyə münasib olardı. Amma onun bu susqunluğu məndə və yəqin ki, Rusiyada yaşayan, çalışan bir çox azərbaycanlılarda məyusluq və təəccüb hissi doğurur. Polad Bülbüloğlu kifayət qədər təcrübəyə və potensiala malik biridir. Rusiya rəsmilərinin bu cür çıxışlarına və ifadələrinə lazımi qaydada sərt və adekvat cavab verə biləcəyinə heç şübhə etmirəm, amma nədənsə bu cavabı hələ ki gözləyirik. Çox güman ki, bizim bilmədiyimiz məsələlər var, əks halda bu cür yanaşma xalqımızın və dövlətimizin istiqrarına və təhlükəsizliyinə böyük bir təhdiddir”. (Miq.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay