Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı

Türkiyədə yaşayan Azərbaycanlı COVID-19 ilə mübarizə üçün peyvənd hazırlayıb.

Bununla bağlı məlumatı AMEA-dan təsdiq ediblər.

Belə ki, Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd hazırlanıb.

Daha maraqlı məqam isə hazırlanan peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsindəki namizdələr siyahısına salınıb.

T.Məmmədov müsahibələrindən birində təxminən 1 il 3 ay öncə Akdeniz Universitetində bu istiqamətdə işlərə başladıqlarını və COVID-19-a qarşı həm peyvəndlər, həm dərman, həm də COVID-19 xəstələrində antikor səviyyəsinin təyin edilməsi üçün kitlər hazırladıqlarını qeyd edib:

"İndiyə kimi laboratoriyada görülməsi olan bütün işlər uğurla tamamlandı. Mühüm testlər artıq başa çatmışdır. Bəhs etdiyimiz peyvəndlərin heyvanlar üzərində testləri göstərdi ki, bu peyvəndlərin heyvanlara vurulması ilə onların qanında yüksək funksional antikorlar sintez edilir. Ən mühüm test olan virusu neytrallaşdırma testlərini Türkiyənin digər universitetləri ilə birgə tədqiqatlarla başa çatdırdıq. İşlərin davamını xüsusi laboratoriyalarda görmək tələb olunduğundan SARS-CoV-2 virusu neytrallaşdırma testləri türkiyəli professor Aykut Özdarendelinin laboratoriyasında aparıldı və bizim bu yöndə birgə işlərimiz var. Bir neçə ay öncə professor virusu neytrallaşdırma testləri həyata keçirdi və mənə zəng edərək virusu neytrallaşdırma fəallığı yüksək olan peyvəndin əldə olunduğunu bildirdi. Qeyd etmək istəyirəm ki, professor Aykut Özdarendeli Türkiyədə inaktiv vaksini hazırlayan elm adamıdır. İnaktiv vaksin Türkiyədə yeganə vaksindir ki, müəyyən sınaqlardan keçib ve 3-cü klinik sınaq mərhələsindədir. Professor Aykut Özdarendeli mənə zəng etdi, sevinclə bildirdi ki, bu peyvəndlər çox gözəl peyvəndlərdir və SARS-CoV-19 virusunu çox güclü bir şəkildə blok edə bilir. Bu, o deməkdir ki, bizim 1 il magistr və aspirantlardan ibarət komandamla çox gərgin işlərimiz hədər getmədi və nəticədə çox güvənilir və təsirli peyvənd hazırlamağa nail olduq. Yəni bu peyvəndlər insanlar üzərində testləri tamamladıqdan sonra bir güvənilir protein təməlli peyvənd kimi insanlara vurula bilər”.

Qeyd edək ki, bu peyvəndlə əlaqəli elmi nəticələr nüfuzlu elmi jurnala gondərilib və “BioRxiv”də çap edilib. Aztibb.az-ın məlumatına görə, T.Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən laboratoriyada xüsusi olaraq istehsal edilən “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən protein əsasında peyvənd əldə olunub. Bu peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Virusun mutasiyaya uğramasını nəzərə aldığını deyən professor bildirib ki, yeni texnologiya əsasında protein əsaslı peyvəndlər sintez edirlər:

“Mutasiyaları nəzərə alaraq, yeni sekvenslər yaradırıq. Yeni peyvəndimizin üstünlüyü də ondadır ki, mutasiyalara qarşı daha effektivdir. Qeyd edim ki, hazırda tanınan peyvəndlərin bir qismi üçüncü nəsil texnologiyaların iştirakı ilə hazırlanır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar