Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya Yaxın Şərqdə harada görüşüb, harada ayrılırlar?

Söz davalarına və dünyanın hər yerində davam edən güc nümayişlərinə baxmayaraq, aralarındakı əməkdaşlıq baxımından geniş imkanlar var...

Velid Faris
“The Independent” qəzeti, 30 iyun 2021-ci il

ABŞ-Rusiya münasibətləri, ümumilikdə II Dünya Müharibəsindən sonrakı dövrdə və xüsusilə Yaxın Şərqdə iki mühüm tarixi mərhələdən keçdi. Birinci mərhələ “Soyuq Müharibə” idi və onun nizamı aydındır, yəni çoxsaylı regional müharibələr, nüvə silahları yarışları, kosmik yarışlar və BMT-dəki daimi beynəlxalq duellər daxil olmaqla, bütün səviyyələrdə on illərdir davam edən qarşıdurmalardan ibarət idi. Sovet İttifaqının dağılması və Soyuq Müharibənin bitməsindən, yəni 1991-ci ildən bəri Vaşinqton ilə Moskva arasındakı münasibətlər yeni, mürəkkəb, qeyri-müəyyən və dəyişkən bir tarixi mərhələyə qədəm qoydu.

Keçmiş Rusiya Prezidenti Boris Yeltsin 1990-cı illərdə Qərblə gərginliyi ən aşağı səviyyəyə endirdi və kommunist gündəmini alt-üst etdi. Beləliklə, Rusiya Federasiyası öz içinə qapandı. NATO-nun şərqə doğru irəliləyərək Rusiya sərhədlərinə yaxınlaşması keçmiş sovet və yeni millətçi elitalar arasında ABŞ-ın niyyəti ilə bağlı bir inamsızlıq yaratdı. Ancaq Rusiya xarici siyasətində mənfidən müsbətə doğru keçid prezident Vladimir Putinin tədricən hakimiyyətə başladığı vaxtdan, xüsusən də 2004-cü ildə Kremldə nəzarəti tam ələ aldığı zamandan başlayır. Ancaq Putinin dövrü də iki mərhələyə bölünür. Birincisi, oğul Corc Buşun prezidentlik dövrü və 11 sentyabr 2001-ci il hücumlarından sonrakı dönəmdə Rusiyanın açıq və qətiyyətlə radikallara qarşı ABŞ-ın yanında olduğu dövrü əhatə edir. Ancaq ABŞ-ın keçmiş prezidenti Barak Obama dövrünün başlaması ilə beynəlxalq sənədlərdə Putinin rəhbərliyi ilə bir növ çəkişmə başladı, ancaq bu çəkişmə nəzarətdə saxlanıldı. Obama dövrünün sonunda bu çəkişmələr artarkən Donald Trampın prezidentliyi dövründə Rusiya sənədləri partlayıcı maddə kimi oldu. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışarkən, o dövrdə müxalif olan Demokratlar Partiyası rəhbərliyini Kremlə boyun əyməkdə günahlandırdı. Co Baydenin hakimiyyətə gəlməsi ilə münasibətlər alt-üst oldu.

Obama siyasətinin Ağ Evə qayıtması ilə iki dünya gücləri arasındakı qarşıdurma da geri qayıtdı. Bununla birlikdə, dünya miqyasında güc nümayişlərinə baxmayaraq, kosmik, terrorla mübarizə və sağlamlıq da daxil olmaqla, müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur. Əslində, bu, həqiqətən də bir güc nümayişidir. İki ölkənin düşmənləri həmişə onları birlikdə məhv edəcək bir müharibə arzusunda idilər, lakin bu beynəlxalq münasibətlərin hazırkı mərhələsində həqiqətdən olduqca uzaqdır. Bəs bu iki güc Yaxın Şərqdə harada görüşür və harada ayrılır?

Yaxın Şərq və iki güc

2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsi və 2004-cü ildə Müəmmər Qəddafinin nəzarətə alınması ilə Moskvanın bölgədəki əsas müttəfiqləri arasında yalnız Bəşər Əsəd rejimi qaldı. Sovetin keçmiş ideoloji dostu olan Cənubi Yəmən mühafizəkar Şimal tərəfindən 1994-cü ildə işğal edildi. Ənənəvi dostluğun davam etməsinə baxmayaraq, Əlcəzayir kimi ölkələrdə də Rusiyanın nüfuzu azaldı. Ancaq Rusiyada Sovet İttifaqının varisləri kommunizmi tərk etdilər və pravoslav simvolizmi ilə imperiyaya qayıdışa əsaslanan rus milli hərəkatını yenilədilər. Yeltsinin qısa hakimiyyəti dövründə Kreml Qərbə yönəlməyə çalışdı. Ancaq Moskvanın Atlantiklə ekvivalent münasibət qurmaq tələbi rədd edildi. Atlantik ikitərəfli tərəfdaşlığa qarşı çıxdı və lider rolunda israr etdi. Putin hakimiyyətə gəldikdə isə Yeltsinin bu siyasətini darmadağın etdi və Rusiyanı rəqibsiz və ABŞ-dan müstəqil bir mövqeyə qaytardı.

Bu da İran kimi radikal bir İslam dövləti ilə qeyri-təbii bir ittifaqa səbəb oldu. Moskva-Tehran oxu quruldu və Rusiya Federasiyası Suriyada Əsəd rejimi üçün hərbi sahə yaratdı. İran rusları Rusiyanın milli təhlükəsizliyi üçün ən böyük təhdid olan təkfirçi fundamentalizmə qarşı ən yaxşı müttəfiq olduğuna inandırdı. Moskva da buna inandı və Putin donanması ilə qüvvələrini yenidən Suriya sahillərinə göndərdi. İranSuriyaya Xəzər dənizi üzərindən hava körpüsü quruldu. Bu yer dəyişdirmədə ən mühüm proses BMT Təhlükəsizlik Şurasında İranSuriya rejimlərinə dair qərarlarda Rusiyanın veto hüququndan istifadə etməsi idi. Bu veto Amerikanın blokadası qarşısında Tehranın gizli silahına çevrildi və bu səbəbdən, Vaşinqton Təhlükəsizlik Şurasının İranla bağlı sərt qərarlar qəbul etməsini təmin edə bilmədi.

Amerika Birləşmiş Ştatları isə bir çox ərəb ölkəsi, İsrail və Türkiyə ilə bir sıra ittifaqlar yaradıb. Lakin bu əlaqələrin səviyyəsi rəhbərliklərə və böhranlara görə artır və azalır. Xülasə olaraq, Rusiyanın qanadları altında İran və onun peykləri olan bir blok, ABŞ-ın qanadları altında isə ərəb ittifaqı və Türk oxu olmaqla ikinci blok var. Ancaq bu blokların üzvləri arasındakı münasibətlər “Soyuq Müharibə” dövründə Varşava və NATO ittifaqı üzvləri arasındakı münasibətlər qədər ciddi deyil. Hansı ki, bu mərhələdə ölkələrin digər bloklarla qurduqları münasibətlərə də şahid oluruq.

Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi ərəb koalisiyası ölkələri Vaşinqtonla ortaq münasibətlər qursalar da, milli maraqlarını həyata keçirmək üçün Moskva ilə də əlaqə qururlar. Bu, ABŞ-la dərin əlaqələri olan, eyni zamanda bir şəbəkə vasitəsilə Rusiya ilə əlaqəli olan İsrailə də aiddir. Eyni şəkildə, Türkiyə ABŞ-la Atlantik əlaqələrini qoruyarkən, Astanada da Rusiya ilə bölgənin gələcəyini müzakirə edir. Əlbəttə ki, açıq qarşıdurmalarına baxmayaraq, Bayden adminstrasiyası və İran rejimi də nüvə anlaşması ilə bağlı görüşürlər. Bu dəyişkən vəziyyətlər qızğın açıqlamalara baxmayaraq, ABŞ-Rusiya münaqişəsini mürəkkəb bir mövzuya çevirdi. İki paytaxtın bir-birinə zidd hədəfləri var və eyni zamanda özlərinə xas ortaq hədəfləri var.

İran

ABŞ, xüsusilə İnqilab Keşikçiləri ilə mübarizə aparmaq üçün İrana və qüvvələrinə qarşı geniş sanksiyalar tətbiq etdi. Rusiya isə İrana hərbi baxımdan kömək edir, ancaq Əsədi qoruduğu qədər deyil. Bu gün həm ABŞ, həm də Rusiya nüvə anlaşmasının bərpa olunmasını istəyir. Hər ikisinin hədəfi bu razılaşma olduqca meydanda mübarizə aparmayacaqlar.

İraq

ABŞ da İran kimi İraq ərazisində varlıq göstərir və əgər toqquşsalar, Rusiya öz tərəfdaşını dəstəkləyəcək. Ancaq Moskva Tehran qüvvələrini sınasa da, onu amerikalılarla toqquşmamağa çağırır.

Suriya

Rusiya Əsəd rejiminin bölgələrini, xüsusilə sahilini, şimal-şərqini, Dəməşqi və cənubunun bəzi hissələrini öz çətiri altına aldı. ABŞ Suriya Demokratik Qüvvələri ilə birlikdə şərqi qoruyur. Türkiyə şimalda “Müsəlman Qardaşlar” bucağı qurub. RusiyaABŞ eyni vaxtda təkfirçi qüvvələrə qarşı hava hücumları həyata keçirir. İsrail ruslarla koordinasiyada İran mövqelərinə zərbə vurur. Rusiya iranlılarla Qardaşlıq milislərinə qarşı əməkdaşlıq edir. Vaşinqton bir tərəfdən Əsədə qarşı Qardaşlığı dəstəkləyir, digər tərəfdən kürdləri Qardaşlıqdan qoruyur. Amerikalılar ruslar və türklər, kürdlər, Qardaşlıq və iranlılar arasında keşik çəkir.

Livan

Livan Respublikası ABŞ-a və ərəblərə müxalif olan “Hizbullah”ın nəzarətindədir. Vaşinqton və Rusiya status-kvonu dəstəkləyir. ABŞ İŞİD-ə qarşı Livan ordusunu dəstəkləyir və bu da Moskvanın maraqlarına xidmət edir. Ancaq sual budur ki, Livanlıların əksəriyyəti “Hizbullah”a qarşı ayağa qalxarsa, o zaman Rusiya Livan xalqına qarşı çıxacaqmı? İŞİDvə “Əl-Qaidə” “Hizbullah”a qarşı çıxmasa, bunu edəcəyinə inanmaq çətindir.

Türkiyə

Əlbəttə ki, türk dövləti NATO-nun qurucu üzvlərindən biridir və ABŞ-la güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Ancaq bu münasibət AKP-nin 2002-ci ildə Ankarada hakimiyyətə gəlməsindən bəri Vaşinqton tərəfindən sarsıdıldı. Corc Buşdan Barak Obamaya, Donald Trampdan Co Baydenə qədər Ərdoğanın siyasəti Vaşinqtonla ittifaq prinsipini qorumaq oldu. Lakin praktikada strateji olaraq “neo-Osmanlı” variantını tətbiq etdi. ABŞ-ın ərəb və Yaxın Şərq müttəfiqləri ilə toqquşdu. Eyni zamanda, Türkiyə silah almaq üçün Rusiyaya müraciət etdi və bu da Vaşinqtonla münasibətlərdə qarşıdurmaya səbəb oldu. AKP hökuməti gündəmini gücləndirmək üçün iki güc arasında manevrlər edir. Moskva və Vaşinqtona gəldikdə isə onların maraqları prezident Ərdoğanın regional maraqları ilə üst-üstə düşür. Bu, Suriya, Liviya və Aralıq dənizinin sabitləşməsi ilə başlayır və əlbəttə ki, nüvə razılaşmasına qoşulmalarına qədər uzanır. Yəni hər ikisi Ankara ilə həmfikirdir, amma bunun üçün mübarizə aparmayacaq.

Ərəb Koalisiyası

Koalisiyaya qatılan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər ərəb ölkələri ABŞ-a ən yaxın blokdur və on illərdir Vaşinqtona yaxındır. “Ərəb NATO-su” olaraq təyin edilən bu blokun orduları təlim və avadanlıqları ən çox Pentaqondan alırlar. Moskva bunu çox yaxşı bilir və bu sistemə meydan oxumağa çalışmır. Ancaq bu ölkələr iqtisadi və diplomatik münasibətləri təkmilləşdirmək və bölgədəki böhranlara həll yolu tapmaq üçün dialoq yaratmaq məqsədilə Rusiya ilə geniş kanallar açdılar. “İbrahim” müqavilələrinin imzalayan və imzalamayan koalisiya üzvləri ilə ABŞ arasında qarşılıqlı əlaqələri gücləndirdiyini də qeyd etmək lazımdır.

İsrail

ABŞ-İsrail münasibətləri, əlbəttə ki, ABŞ-dakı tarixi və daxili səbəblərə görə ABŞ üçün Yaxın Şərqdəki ən dərin münasibət olmuşdur və bu günə qədər də başqaları ilə müqayisə olunmayacaq səviyyədə yüksək səviyyədə davam edir. Kreml bunu çox yaxşı bilir və işini buna görə hesablayır. Bununla birlikdə, Rusiyadan İsrailə sıx bir yəhudi köçü, son 30 ildə iki ölkə arasındakı münasibətlərə, xüsusən də mədəni və ticarət səviyyəsində müsbət təsir göstərmişdir. Beləliklə, ABŞ ilə ortaqlıq İsrail üçün çox vacibdir, ruslarla açıq körpü isə Suriyadakı hava məkanını onunla bölüşməyə imkan verir. İki ölkə həm də təkfirçilərin zəiflədilməsi və Aralıq dənizinin şərqinim sabitləşdirilməsi mövzusunda da razılığa gəliblər.

Ziddiyyətli nöqtələr

Digər tərəfdən, Rusiya ilə ABŞ rus qüvvələrinin qərbdə, Amerika qoşunlarının isə şərqdə yerləşdiyi bölgə olan Suriyada üz-üzədir. Nəzəri olaraq, Körfəz boyunca da üz-üzə qala bilərlər. Çünki amerikalılar qərb sahillərini birbaşa hərbi varlıqlarını qoruyarkən, ruslar şərq sahillərində iranlıları silahlandırırlar. Paradoks isə odur ki, iki hərbi liderlik, xüsusilə sahədə müttəfiqləri arasındakı bir toqquşma ola biləcəyinə görə bunun qarşısını almaq üçün bir sıra tədbirlər görməyə çalışırlar. ABŞ və rus qüvvələri arasında hərbi toqquşma qadağan edilib. Qeyri-adi olan isə İran və onun bölgədəki roludur. Vaşinqton İranın yayılmasını məhdudlaşdırmağa çalışarkən, Moskva İranın varlığını müəyyən qədər qoruyur.

Razılıq əldə olunan məsələlər

ABŞRusiya Federasiyası bir məsələdə barədə razılığa gəlirsə, ilk növbədə terrorizmlə mübarizə, yəni İŞİD, “Əl-Qaidə” və onların bölgədəki qollarına son qoymaq lazımdır. Əslində, bu məsələdə bir-birləri ilə məlumat mübadiləsi aparırlar. Razılığın ikinci bəndi iqtisadi sabitlik və beynəlxalq dəniz yollarının qorunmasıdır. Ortaq praktiki tədbirlər olmasa da, aralarında “azlıqların qorunması” mövzusunda nəzəri bir razılaşma var.

Bayden administrasiyası ilə səhnəyə çıxarılan son məsələ nüvə anlaşmasının aktivləşdirilməsidir­. Ancaq əsas sual budur: bu müqavilədən kim maddi cəhətdən daha çox fayda götürəcək? Bunun cavabını başqa bir məqalədə tapmağa çalışacağıq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar