Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahalaşmaya reaksiyalar

Dövlətin tənzimlədiyi qiymətlərə məsul olan Tarif Şurasının 28 noyabr 2016-cı il qərarı ilə əhalinin ildə 1500 kubmetrədək təbii qaz işlədən hissəsi üçün kubmetrə 10 qəpik, 1500 kubmetr həddini keçən hissəsi üçün kubmetrə 20 qəpik ödəniş müəyyən olunmuş, həmin qiymətlər 2016-cı il dekabrın 1-də qüvvəyə minmişdi.

2016-cı il dekabrın 22-də kubmetrə 10 qəpik ödənişi ildə 1700 kubmetrədək təbii qaz işlədən hissəyə aid edilmiş, yenilik dekabrın 1-dən tətbiq olunmuşdu.

30 aprel 2019-cu ildə Tarif Şurası 2200 kubmetrədək təbii qaz işlədən hissə üçün kubmetrə 10 qəpik ödənişinə keçmiş, qərar mayın 1-də rəsmiləşmişdi.

2021-ci il iyunun 30-da verilən, iyulun 1-də qüvvəyə minən yeni qərara əsasən, əhalinin ildə 1200 kubmetrədək təbii qaz işlədən bölümü kubmetrə 10 qəpik ödəyəcək.

İldə 2500 kubmetrədək təbii qaz işlədən kubmetrə 20 qəpik, 2500 kubmetr həddini keçən kubmetrə 25 qəpik ödəməlidir.

Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, qiymət artımından ən çox ildə 2200 kubmetrə qədər qaz işlədən əhali qrupu itirəcək: “Onlar 1200 kubmetr həddini keçən kimi kubmetrə 20 qəpik ödəməlidir. Qazın qiymətində artım elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir. İyulun 1-dən elektrik stansiyalarına verilən təbii qazın hər kubmetrinin qiyməti 12 qəpikdən 13 qəpiyə qaldırılıb”.

Qazın qiymətində artıma münasibət bildirən AXCP sədri Əli Kərimli qeyd edir ki, hakimiyyət camaatın il yarımdır davam edən pandemiya, kütləvi işsizlik şəraitində nə qədər yoxsul vəziyyətə düşdüyünü dərk edə bilmir, xalqın yaşadığı sosial çətinliklərə biganədir, korrupsiya yuvasına dönmüş dövlət şirkətlərində təmizləmə aparmaq, milyonların, milyardların sovrulmasının qarşısını almaq yerinə korrupsionerlərin xərclərini xalqın üzərinə qoyur: “Dövlət şirkətlərinin zərərlə işləməsinin səbəbi korrupsionerlərin oğurluqlarıdır. Onların tamahı onsuz da azalmayacaq və belə çıxır ki, hökumət sona qədər korrupsionerlərin xərclərini xalqın üzərinə yükləməyə qərarlıdır”.

Təbii qazın iyulun 1-dən bahalaşması qərarı Dövlət Neft Şirkətinin müraciəti əsasında verilib. Şirkət Tarif Şurasına müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artmasını, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsini və abonentlərin 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsini göstərib: “Əhali üzrə tarifin aşağı olması və 2017-ci illə müqayisədə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənməsi üçün tariflərin artırılmasına zərurət yaranıb”.

Rəsmi izahata görə, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək hissəsi üçün tarif 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanıb.

İqtisadçı Rövşən Ağayev yazır ki, 1200 kubmetrədək qaz istehlakı olan 51 faiz abonent heç də 5 milyon nəfər əhali demək deyil: “Aşağı istehlakı olan abonentlər əhalinin daha az hissəsini əhatə edir. Çünki bu kateqoriya abonentlər kiçik ölçülü evlərdir. Rəsmi statistikaya görə, ölkədəki bütün mənzillərin 45 faizi 1 və 2 otaqlı mənzillərdir. Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil.

Rəsmi əsaslandırma sənədində istinad edilən rəqəm etibarlı və dəqiq olmalıdır. Yaxşı olar ki, həmin 51 faiz abonentin neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsin.

Qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlara söykənmir. Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyəti ilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin hesabatlarında satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün deyil. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsalı 70 manata başa gəlir, bu da əhaliyə satılan qiymətdən aşağıdır. Güman ki, zərər nəql sistemində yaranır.

Aydındır ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət bunları, eləcə də zərəri yaradan xərc maddələrini görə bilməməlidir?

İndiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsizləşdirmək lazımdır. Özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişirdərək vətəndaşın cibinə yükləməyəcək”.

İqtisadçı Natiq Cəfərli yazır ki, 2020-ci ilin məlumatlarına əsasən, əhalinin 21 faizi qaz istehlakında 2200 kubmetr limitini keçib: “1200 kubmetrə düşən limitlə əhalinin ən azı 65-70 faizi qaza görə daha çox ödəməli olacaq. Hökumət israr edir ki, qiymət artımı əhalinin 50 faizini əhatə edəcək. Olsun 50 faiz. Qiymət artımı indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, onun həyat keyfiyyətini yüksəltməyə vəsaiti qalmır. Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisi qazancının 55 faizini ərzağa, 25 faizə yaxınını isə kommunal xidmətlərə xərcləyir. Dünyada qazancının 25 faizindən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır. Bu indikatorla bizdə əhalinin 80 faizi kasıbdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar