Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Gürcüstanın XİN başçıları Antalya forumunda iştirak edəcəklər

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda iştirak etmək üçün iyunun 18-19-da Türkiyədə səfərdə olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, forumun açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN başçısı Mövlud Çavuşoğlu çıxış edəcəklər. Müxtəlif ölkələrdən olan liderlər, diplomatlar və elmi dairələrin nümayəndələri pandemiyanın yaratdığı çətinliklər, qlobal təhlükəsizlik mühiti və bu kontekstdə diplomatiyanın rolu barədə müzakirələr aparacaqlar.

D.Zalkaliani forum çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda paneldə iştirak edəcək.

Türkiyəyə səfəri çərçivəsində XİN başçısı Ukraynanın xarici işlər naziri də daxil olmaqla, həmkarları ilə ikitərəfli görüşəcək. O, habelə digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar