Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk general Türkiyə ordusunu Qarabağa çağırdı

"Ermənistanın sərhəddə təxribatlar törətməkdə məqsədi öz əməllərini Azərbaycanın üzərinə ataraq, təcavüzkar ölkə kimi qələmə verməkdir".

PİA.az metbuat.az-a istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz belə deyib. O bildirib ki, İrəvan təxribatlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi gücünü bölgəyə cəlb etmək istəyir:

"Ermənistan hakimiyyətinin başqa məqsədləri də var. Onlar ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə işğalçı ölkənin düçar olduğu acınacaqlı məğlubiyyəti unutdurmaq istəyirlər. Həmçinin, 10 noyabr bəyanatında əks olunan digər tələblərin yerinə yetirilməsini ləngitmək və seçkiqabağı dövrdə daxili siyasətdə manipuliyasiya etmək istəyirlər".

Yücel Karauz bildirib ki, təxribatçı atəşlərin bir qismi Ermənistandan, bir qismi isə Qarabağdakı hələ də silahını təhvil verməyən erməni terrorçularından gəlir:

"Qarabağdakı, xüsusilə də Şuşaya qarşı açılan atəşlər və cinayət fəaliyyətləri oradakı ermənilərin terror təşkilatının əməlidir. Buna görə də Birgə Monitorinq Mərgəzində fəaliyyət göstərən Rusiya və Türkiyənin hərəkətə keçməsi lazımdır. Yəni bu terror əməllərini həyata keçirənlərin yerinin müəyyən edilməsi, bunun qarşısının alınması və Ermənistana xəbərdarlıq edilməsi vacibdir. Bəlli oldu ki, işğalçılar boş dayanmaq niyyətində deyillər. Ona görə də, Rusiya, AzərbaycanErmənistan tərəfinin ümumi razılığı əsasında sərhəd bölgəsində əsgərlərin bir-birilə təmasda olmamaları, 5 metrdən yaxın məsafədə bir-birilərinə yaxınlaşmamaları məsələsi gündəmə gətirilməlidr. Həmçinin terrorçuluq əməlləri davam edərsə Azərbaycan ordusu bu əməlləri törətməyə çalışan ünsürlərə qarşı hərəkətə keçib onları məhv etməlidir".

Milli.Az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay