Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Karateçimiz finala vəsiqə qazandı

Azərbaycan qadın karateçisi İrina Zaretska (-68 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

PİA.az-ın məlumaına görə, o, həlledici görüşədək Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa), Alisa Buçinger (Avstriya) və Ketrin Pedersona (Danimarka) qalib gəlib. Zaretskanın finaldakı rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.

Azərbaycanın digər karateçisi Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatında bürünc medalı uğrunda mübarizə aparacaq.

O, yarımfinalda hakimlərin səhvi üzündən serbiyalı Slobodan Biteviçə məğlub olub. Əvvəlki döyüşlərdə isə A.Qurbanlı Miçel Çorbalanı (Danimarka), eləcə də titullu rəqibləri Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) məğlub edib. Qitə üçüncüsü olmaq üçün Qurbanlını Herolind Nişevçi (Kosova) ilə görüş gözləyir.

Fərdi kata yarışlarında isə Roman Heydərov 3 dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Onun 3-cü yer uğrunda görüşdəki rəqibi Mattio Busato (İtaliya) olacaq.

Pənah Abdullayev isə (-84 kq) Avropa çempionatının yarımfinalına yüksəlib. Nikola Maloviç (Montenneqro), Meris Muhoviç (Bosniya və Herseqovina), ardınca isə Alvin Karagini (Albaniya) məğlub edən P. Abdullayev final uğrunda görüşdə rəqibini gözləyir.

Günün digər görüşlərində Neda Rezai (fərdi kata) yarışı birinci mərhələdə başa vurub. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb.

Yarışın ilk günündə Rafael Ağayevin (-75 kq) də ilkin nəticələri məlum olacaq.

Medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar