Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmud Əhmədinejat prezidentliyə namizədliyini irəli sürüb

İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, o bu gün səhər öz tərəfdarları ilə birlikdəDaxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

Namizədlərin qeydiyyatının ikinci günü həmçinin İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimidə öz namizədliyini irəli sürüb. Bundan başqa, Əhmədinejadın prezidentliyi dövründə kənd təsərrüfatı naziri işləmişSadiq Xəlilyan da namizədliyini irəli sürüb.

Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin edilib. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Qeyd edək ki, namizədlərin qeydiyyatının ilk günü 57 nəfər qeydiyyata alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar