Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Moodys" Azərbaycanın reytinq üzrə proqnozunu yaxşılaşdırıb

"Moodys Investors Service" ("Moody's") şirkəti Azərbaycanın emitentin və üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqlərini "Ba" səviyyəsində təsdiqləyib.

Məlumata görə, “Moody's” ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib. "Müsbət" proqnoz şirkətin ölkədə idarəetmənin və xüsusilə siyasət effektivliyinin artmasını üzrə yeni qiymətləndirməsini əks etdirir və bunun dövlətin kredit profilinin dayanıqlığını artıra biləcəyin istisna etmir.

"Xüsusilə, monetar və makro siyasət çərçivəsindəki irrələyiş xarici sektorun və şoklarla qarşı-qarşıya qalab bank sektorunun sabitliyi təmin edə bilər. Eyni zamanda, böyük maliyyə buferlərinin effektiv istifadəsi dövriyyə xərclərinin qarşısını almağa və büdcə və dövlət borcu üzrə göstəricilərinin pisləşməsini məhdudlaşdırmağa kömək edəcək." -deyə bildirilir.

Sözügedən reytinqlərin "Ba" səviyyəsində təsdiqi isə, ölkənin güclü xalis kreditor mövqeyini dəstəkləyən kredit göstəricilərini balanslaşdırır. Bu ölkənin maliyyə gücünü dəstəkləyir və dövlətin likvidliyini və xarici şoklara həssaslıq risklərini və nisbi daxili riskləri azaldır. Bundan əlavə, siyasi sabitlik neft və qaz layihələrinin həyata keçirilməsinə şərait yaratsa da, iqtisadi şaxələndirmənin üçün məhdud perspektivlər, uzun müddətdir davam edən institusional və idarəetmənin zəif cəhətləri hələ də mövcuddur.

Qeyd edilir ki, Azərbaycanın yerli və xarici valyuta ölkə tavanı müvafiq olaraq "Baa3" və "Ba2" səviyyəsində qalır.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Ən çox oxunanalar