Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abutalıbovun da “qapısı döyülür”? 

Danışması və xidmətlərini xatırlatması təsadüfidirmi?

Xüsusi təqdimata ehtiyacı olmayan Hacıbala Abutalıbovun mətbuata son müsahibəsi bəzi maraqlı məqamlarıyla seçilməklə yanaşı, müəyyən suallar da yaratdı. Bu sualların ən əsasları Abutalıbovun niyə məhz indi “üzə çıxması”, növbəti dəfə Heydər Əliyevə sədaqəti, xidmətləri, ailəsindəki vəziyyət və nəhayət, övladlarının işilə bağlı danışmasıdır.

Abutalıbov müsahibəsində övladlarının biznesinə toxunur və “ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir” deyir.

Əvvala, Azərbaycanda nədənsə məhz iri məmur övladlarının uğurlu iş adamı olması adi hal alıb və bu şəxslərin ilkin kapitalı haradan alması, qısa müddətdə necə milyonçuya çevrilməsi barədə onlara sual verən olmur.

Ancaq indi əsas məsələ bu yox, Abutalıbovun öz övladlarının imkanlarını mümkün qədər kiçik göstərməsi, onların fəaliyyətini, biznesini sadəcə, “çörək qazanmaq” kimi təqdim etməsi, özününsə dəbdəbədən, var-dövlətdən, az qala dünya malından uzaq, ruhani şəxslərə aid həyat yaşaması görüntüsü yaratmasıdır. Lakin hər kəs gözəl başa düşür ki, bu “çörəyin” “mayası” Abutalıbov tərəfindən 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olduğu vaxtlarda məlum vasitələrlə yoğrulub.

Hamı bilir ki, məhz onun rəhbərliyi dövründə Suraxanı rayonu, sonradan isə bütün Bakı ərazisində torpaqlar qarış-qarış satılmağa başladı, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulkəsən maşına çevrildi. Nəticədə, BŞİH, böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası”na döndü.

Və bütün bunlardan sonra hələ Hacıbala Abutalıbov müsahibəsində jurnalistin “niyə gözə görünmürdünüz” mənasını verən sualına cavabında deyir: “İstədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.”

Doğrusu, Abutalıbov bu sualı özünə yox, hansısa sənədi almaq üçün aylarla, illərlə BŞİH-in və ona tabe olan digər qurumların qapılarında qalan, bu qurumun qanunsuzluqları, özbaşınalıqlarıyla üzləşən, rüşvət verməsə heç bir işi ötüşməyən və digər haqsızlıqlarla qarşılaşan, rüşvət qarşılığında Bakının qarış-qarış satılmasına, şəhərin nizamsız, səliqəsiz, qanunsuz tikililərlə doldurulmasına baxıb içi yanan vətəndaşa, sahibkara versə, daha yaxşı olar. Onlar Abutalıbova onun kim olduğunu başa salar, daha yaxşı izah edərlər...

Müsahibədəki əsas məqsədə gəlincə, adətən, belə müsahibələr təsadüfən verilmir və mütləq nəyəsə hesablanır. Buna qədər Abutalıbov xeyli müddət idi ki, mətbuatdan uzaq dururdu. Onu da qeyd edək ki, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. Özü də onun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, heç yeni yaradılan Veteranlar Şurasına da salınmadı. Bu, hakimiyyətdə ona olan münasibətin təzahürü sayıla bilər.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “silkələnməsinə” dair yayılan məlumatlar Abutalıbovu da narahat etməmiş deyil. Onun da qapısının döyüləcəyini və ya artıq döyüldüyünü istisna etmək olmaz. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibəni təsadüfi saymaq olmur. Çünki necə deyərlər, arif adam sabiq merin müsahibədə hakimiyyətə hansı mesajlar verdiyini dərhal görür...

Ümumiyyətlə, əgər diqqətlə baxsaq, Ramiz Mehdiyev başda olmaqla, “sabiqlər” hər imkanda hakimiyyətə sədaqətlərindən və xidmətlərindən bəhs edirlər. Ancaq nədənsə xalqdan, dövlətdən oğurladıqlarından və özlərinə, övladlarına qurduqları biznesdən, səltənətdən danışmağı sevmirlər. Çünki bu var-dövlətin qismən də olsa onların əlindən alınması ehtimalı var.

Elə Abutalıbov da bu təhlükəni yaşayanlar sırasındadır. Odur ki, tez-tez kövrələrək verdiyi həmin müsahibəni sadəcə qocalıq, sentimentallıq, həyatın faniliyini dərk etmə və sairdən çox “özünüqoruma instinktinin” təzahürü saymaq daha doğru olar.

Cəlal Məmmədov(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Ən çox oxunanalar