Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərovun oğlu Almaniyada “Kriptovalyuta ferması” açıb - Fotolar

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznesmen oğlu Tale Heydərov Avropanın ən böyük “kriptovalyuta ferması”nı Almaniyada açıb.

PİA.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, nazir oğlu Almaniya Federativ Respublikasının Essen şəhərində yerləşən və rəngli çap işləri üzrə fəaliyyət göstərən “Turquoise Media Company” GmbH adlı şirkətinin yerləşdiyi tarixi binanın bir mərtəbəsini “kriptovalyuta ferması”na ayırıb.

Nazir oğlunun “ferması” Türkiyənin informasiya komunikasiya texnologiyaları sahəsində uzun illərdir fəaliyyət gösərən məşhur şirkətlərdən biri tərəfindən qurulub. “Kriptovalyuta ferması”nazir oğluna 692 min avroya (1, 416 486 AZN) başa gəlib. “Mədənçilik” (mining-ingiliscə) sayəsində T.Heydərovun gündəlik təxminən 1002 avro (2050 AZN) qazanc götürməsi gözlənilir.

“Mədənçilik” nədir?

“Mədənçilik” kriptovalyutaların texniki və proqram təminatı vasitəsi ilə istehsalı, həmçinin kripto pul köçürmələrinin qeydiyyatı və təsdiqidir. Mədən üçün çox güclü prosessorları olan kompüterlər tələb olunur.

Kriptovalyuta mədənçiliyi əsasən iki mühüm məqsədə xidmət edir. “Bitcoin” nümunəsini götürsək, “Mədənçilik” “Bitcoin” şəbəkəsində paylanan əməliyyat məlumatlarının yoxlanılması və blok zəncirində saxlanmasıdır.

Dünya bankları pul çap etdirdiyi kimi “Bitcoin” üçün pul təchizatı “Mədənçilik” yolu ilə yaradılır. Qazanılan kriptovalyutalar sonradan bank hesabları vasitəsi ilə nağdalaşdırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Ən çox oxunanalar