Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Dağlıq Qarabağdakı separatçı rejimi tərksilah edəcəy barədə iddialar... Bu nə qədər inandırıcıdır?

Politoloq: “10 noyabr şərtlərindən ən vacibi olan Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin tərksilah edilməsi gözlənilən və arzu edilən hadisədir”.

Rusiya bölgədə söz sahibi olduğunu sübut etmək üçün erməni silahlılarını tərksilah edəcək”.

Bu sözləri politoloq Azər Qasımov Dağlıq Qarabağdakı separatçı ordusunun buraxılmasının razılaşdırılması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Təhlükəsizlik Şurasının iclasının keçirilməsi haqqında məlumat yayıb. Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında sədrlik edib.

“Görüş zamanı Ermənistan və Qarabağ ətrafındakı vəziyyət, humanitar problemlər və təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib”, - açıqlamada qeyd olunub.

İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, RusiyaErmənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib.

Qeyd edək ki, iclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil.

Bəs Rusiyanın Dağlıq Qarabağdakı separatçı rejimi silahsılaşdırması nə qədər inandırıcıdır?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan separatçı rejimin fəaliyyətini təbii olaraq daim nəzarətdə saxlamalıdır”.

Seperatçı rejimin fəaliyyətini nəzarətdə saxlamağa türkiyəli hərbçilərin Ağdamdakı monitorinq mərkəzinin də dəstək olacağını düşünən politoloq PİA.az-a bildirib ki, bu baxımdan separatçıların hansısa, gizli fəaliyyətinin heç bir qorxusu olmayacaq:

“10 noyabr şərtlərindən ən vacibi olan Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin tərksilah edilməsi gözlənilən və arzu edilən hadisədir. İndi belə bir iddianın yayılması hələ ki, şayiədir. Amma görünən odur ki, bu proses başlayacaq. Erməni hərbçilərinin tərksilah olunması Rusiya sülhməramlı missiyasının vəzifəsidir.

Bu baxımdan hesab edirəm ki, Rusiya bölgədə söz sahibi olduğunu sübut etmək üçün erməni silahlılarını tərksilah edəcək. Ermənistan rəhbərliyinin məğlubiyyətdən sonra heç bir söz hüququ qalmayıb. Təbii ki, ermənilər bu qərara heç də asanlıqla gəlmirlər. Onlar üzərində istər Azərbaycan, istərsə də Rusiya tərəfindən təzyiq var.

Azər Qasımov: “Separatizmin yuvası olan Dağlıq Qarabağın hərbi qüvvələrdən təmizlənmiş ərazi olması, istər Azərbaycan, istər erməni, istərsə də regionun bütün ölkələrinin marağındadır və xeyrinədir”.

Azərbaycan separatçı rejimin fəaliyyətini təbii olaraq daim nəzarətdə saxlamalıdır. Buna türkiyəli hərbçilərin də Ağdamdakı monitorinq mərkəzinin dəstək olacağı şübhəsizdir. Bu baxımdan separatçıların hansısa, gizli fəaliyyətinin heç bir qorxusu olmayacaq. Sadəcə biz bölgənin gələcək sabitliyi və inkişafı üçün dağıdıcı qüvvələrin tamamilə regiondan çıxarılmasına nail olmalıyıq.

Separatizmin yuvası olan Dağlıq Qarabağın hərbi qüvvələrdən təmizlənmiş ərazi olması, istər Azərbaycan, istər erməni, istərsə də regionun bütün ölkələrinin marağındadır və xeyrinədir. Ümid edirik ki, erməni xalqı əlinə düşən tarixi şansı yaxşı qiymətləndirəcək və sülh yolunda öz töhfəsini verəcəkdir. Bu, eyni zamanda, sülh müqaviləsinin bağlanmasına da şərait yaradacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar