Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər... - Azərbaycan onlara qarşı hansı addımlar atmalıdır?

Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərdən təzminat ala bilərmi və bu hansı yollarla mümkündür?.. 

Hüquqşünas: “Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətləri beynəlxalq arbitraj məhkəmələrinə verə bilər”.

“Bütün hallarda Azərbaycan beynəlxalq hüquq riçarqlarını işə salmalıdır”.

Bu sözləri hüquqşunas Sahib Məmmədov Azərbaycan torpaqları işğalda olarkən orada qanunsuz fəaliyyət göstər şirkətlərdən Azərbaycanın təzminat ala bilməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan torpaqları işğalda olarkən 20-dən artıq ölkənin şirkəti orada qanunsuz fəaliyyət göstərib. Təkcə son 10 ildə həmin şirkətlər Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya yatırıb.

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət orada qanunsuz fəaliyyət göstərib. Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərə məxsus bu şirkətlər işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər.

Qeyd edək ki, Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin rəhbərləri haqqında məlumatlar toplanıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bəs Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərdən təzminat ala bilərmi və bu hansı yollarla mümkündür?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hüquq müdafiəçisi Sahib Məmmədova müraciət edib.

Sahib Məmmədov: “Azərbaycan bu şirkətlərin qanunsuz əməllərini ifşa etməli və bütün dünyada onların işgüzar imiclərinə kölgə salmalıdır”.

Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin Azərbaycana vurduqları maddi və ekoloji ziyanın və Azərbaycan sərvətləri üzərindən əldə etdikləri gəlirlərin dəyərləndirilməli olduğunu vurğulayan hüquq müdafiəçisi PİA.az-a açıqlamasında qeyd edib ki, bütün dəymiş ziyan dəyərləndirildikdən sonra onlara qarşı iddia irəli sürülə bilər:

Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətləri beynəlxalq arbitraj məhkəmələrinə verə bilər. Həmçinin həmin şirkətlərə qarşı Azərbaycan sanksiya da tətbiq edə bilər. Düzdür bu ABŞ-ın tətbiq etdiyi sanksiyalar qədər güclü olmayacaq. Yəni Azərbaycanın həmin şirkətlərə təsir imkanları böyük olmayacaq. Amma o şirkətlərin Azərbaycanda fəaliyyətinə qadağa qoyula bilər və məncə bundan sonra bu kimi işlərin təkrarlanmaması üçün bu qadağalar tətbiq edilməlidir.

Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin Azərbaycana vurduqları maddi və ekoloji ziyanın və Azərbaycan sərvətləri üzərindən əldə etdikləri gəlirlərin dəyərləndirilməlidir. Bütün dəymiş ziyan dəyərləndirildikdən sonra onlara qarşı iddia irəli sürülə bilər. Məhkəmədən əvvəl isə həmin şirkətlərə Azərbaycandan əldə etdikləri sərvət və gəlirləri xoşməramla Azərbaycana geri qaytarmaları tələb kimi qoyula bilər. Bu yolla olmasa, artıq məhkəmələrə müraciət etmək olar.

Bütün hallarda Azərbaycan beynəlxalq hüquq riçarqlarını işə salmalıdır və belə tələblər və hüquqi iddilar irəli sürülməlidir. Azərbaycan o şirkətlərin mənsub olduğu dövlətlərlə bağlı iş aparmalıdır. Bu məsələdə dayanmaq olmaz. Nəticənin nə olmasından asılı olmayaraq Azərbaycan bu şirkətlərin qanunsuz əməllərini ifşa etməli və bütün dünyada onların işgüzar imiclərinə kölgə salmalıdır. Çünki onlar Azərbaycan dövlətinin icazəsi olmadan işğalda olan torpaqlardan qanunsuz gəlirlər əldə ediblər. Buna görə də Azərbaycan onların imicinə ziyan vurmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar