Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək”

Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı danışıb.

“Məsələn, noyabrın 23-də Ağdamdakı məscidi ziyarəti zamanı o, ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarətinə keçən ərazilərdəki erməni, alban, pravoslav kilsələrinin və monastırların dövlət tərəfindən qorunduğunu bildirdi. Noyabrın 25-də Kəlbəcərin azad edilməsi münasibətilə xalqa televiziya müraciətində də o, xristian abidələrinin Azərbaycanın dövlət himayəsində olan tarixi və mədəni irs olduğunu təkrarladı”.

Səfirin sözlərinə görə, bunlar ən son nümunələrdir.

“Bu açıqlamalardan əvvəl İlham Əliyevlə Vladimir Putin arasında noyabrın 14-də telefon danışığı olub. Bu görüşdə Azərbaycan Prezidenti, üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılmış ərazilərdəki xristian ziyarətgahlarının mühafizəsinə və normal fəaliyyətinə zəmanət verdi”, - deyə diplomat əlavə edib.

O, bunun praktikada da belə olacağına əminliyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar