Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməsinlər, hər hansı keçidə daxil olmasınlar, “Report spam” seçimini etməklə mesajı “spam” olaraq şikayət etsinlər.

Bundan əlavə, “Parametrlər/Settings” bölməsindən “Şikayət et/Report contact” düyməsini seçməklə kontaktı şikayət və blok etmək mümkündür.

“Spam” mesajlar “WhatsApp” qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Həmçinin bu cür kiberinsidentlərlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyac yarandıqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar