Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyrutda etirazlar: Nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi - Yeniləndi

Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, güllə yarası alan polis vəfat edib.

Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb.

Bundan başqa, 238 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 63 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər.

Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

Etirazçılar həmçinin, Ətraf Mühit Nazirliyinin də binasına daxil olmağa çalışır.

***

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər davam edir.

“Report” xəbər verir ki, nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub. Polis iştirakçılara qarşı bibər qazından istifadə edib.

Şəhərin digər istiqamətində, Əşrəfiyyə bölgəsində nümayişçilər Livan Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanı ələ keçiriblər. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda polislər etirazçılarla danışıqlar aparır.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra Livanın paytaxtında əhali küçələrə çıxıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

***

Livanın paytaxtı Beyrutda nümayişçilər davam edir.

“RİA Novosti” xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına giriblər.

Onlar “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Artıq güc strukturları ilə nümayişçilər arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar.

Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

pia.az


Etiket: Beyrut


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar