Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hökumət bu yolla virusun yayılmasına bir növ qapı açır"

"Hökumət 190 manat ödənişləri edərkən məgər ya yazılı, ya şifahi xəbərdarlıq etmişdi ki, bu puldan 5-10 manat götürməsəniz, geri qaytarılacaq və ya kart blok olunacaq? Elə bir şey olmayıb axı".

Bunu açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun "Vətəndaş 190 manatın heç olmasa 10 manatını kartdan çıxarsaydı, bloklanmazdı” fikrinə münasibət bildirərkən deyib. Ekspert əlavə edib ki, ola bilər ki, vətəndaş əlində olan vəsaiti xərcləyib, kartdakı pulu da kommunal xidmətlərə, elektron alış-verişə xərcləməyi düşünür:

"Hökumətin bu addımı ona görə məntiqsizdir. Əslində birincisi hökumət çalışmalıdır ki, nəğdləşmə az olsun. Amma belə yanaşma sanki cəmiyyətə bir mesaj verir ki, siz mütləq nəğdləşməni həyata keçirin, bankomatların qabağında növbələr yaransın. Həmin vaxt sosial məsafəni də gözləmək çətin olur. Bu da virusun yayılmasına bir növ qapı açır. Bu baxımdan öncədən xəbərdarlıq olunmayıbsa, indidən blokun qoyulması vətəndaşa qarşı haqsızlıqdır. İkincisi də əgər doğurdan da ehtiyacı olmayan vətəndaşlara ödənilibsə, bu qərarı kim verib, necə verib, hansı kriteriyalara görə verilib, necə hesablanıb, hansısa məlumatlar araşdırılıbmı? sualları ortaya çıxır. Bu da olmayıbsa, yenə vətəndaşın günahı deyil, hökumətin müvafiq qurumlarının günahıdır. Ümumilikdə götürüləndə bu mesaj çox neqativ mesajdır. Həm cəmiyyətə, həm 190 manat alanlara çox neqativ mesajdır. Kartda pul saxlamayın, nəğdləşdirin... Bu əksinə həm bank sisteminə əlavə yük yaradır, həm şəfaflığın azalmasına xidmət edir. Bu baxımdan qərarın kökündən səhv olduğunu düşünürəm".(HİT.Az)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar