Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu kütləviliyin acı nəticələrini görəcəyik" - Baş infeksionistdən xəbərdarlıq

"Orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi. Bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı. Hamısı yaxın məsafədə idi. Aralarında 1-2 nəfər virus daşıyıcı olsa, başqalarına keçirmə ehtimalı yüksəkdir".

Bu sözləri baş infeksionist Cəlal İsayev deyib.

O qeyd edib ki, yas mərasimləri kütləvilik baxımından çox ağırdır və insanlar bu yerlərdə qaydaları gözləməlidirlər:

"İtkimiz ağırdır. Ordumuzun qəhrəman, yüksək çinli zabitləri şəhid olub. Ürək ağrısı ilə bu xəbərləri eşidirik. Amma yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalarda, ziyarətlərdə, dəfn mərasimlərində iştirakdan çəkinməlidir.

Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən ermənilərlə müharibə şəraitindəyik, digər tərəfdən isə ölkədə COVID-19 pandemiyası hökm sürür. Üçüncü bir tərəfdən, yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayiş keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir. Gəlin bu işə diqqətli yanaşaq və sabitliyimizi qoruyaq. Bizim iki düşmənimiz var. Onlara qarşı birlikdə mübarizə aparaq".(Publika.az)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Ən çox oxunanalar