Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KATV1-dən internetin zəifliyi ilə bağlı açıqlama

“COVID-19-u məğlub etmək üçün evdə qalırıq. Televiziya və internet xidmətləri bizə dəstək olur, lakin bu da həddən artıq yüklənməyə səbəb olur”...

PİA.az bildirir ki, bu sözlər dünən axşam saatlarında yaranmış internet problemi ilə bağlı KATV1-in yaydığı məlumatda yer alıb. 

Bildirilib ki, koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin videoxidmətlərin aktiv istifadəsi artıq ilk problemlərə səbəb oldu. 

“Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40 faiz artıraraq, trafik artımına hazırlaşıb. Lakin iyulun 9-da rekord sayda yüklənmə qeydə alınıb - 53 faiz, bu, bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaratdı. 

Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb. Anlamaq lazımdır ki, ölkənin xarici və daxili trafiki internetin sürətinə və keyfiyyətinə də təsir göstərir.

Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur və onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir. 

Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirdi. 

Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Uşaqların təlimləri də internet üzərindən keçirilir. Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem “Zoom” videokonfransının istifadəçiləri arasında da müşahidə olunur. 

Koronavirusa görə evə qalan insanlar onlayn oyunları aktiv oynayır, internetdə filmə baxır və xəbərləri izləyirlər.

Azərbaycanda ümumi internet istehlakı 22 faiz artdı, lakin eyni zamanda ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.

pia.az


Etiket: KATV1 Wi-Fi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Ən çox oxunanalar