Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koronavirus kim ki, səhv buraxdı, onu tutur” - Deputat

“Biz bu rəqəmi azaltmaq üçün çox böyük işlər görməliyik”...

“Görülən tədbirlər öz nəticəsini verir. Amma bununla belə 500 rəqəmi çox böyükdür. Müqayisə üçün deyim ki, əhalisi Azərbaycandan 8 dəfə çox olan Almaniyada gündəlik yoluxma sayı cəmi 700 nəfərdir. Yəni biz bu rəqəmi azaltmaq üçün çox böyük işlər görməliyik”.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, karantin rejiminin ilkin nəticələri iki həftə sonra bilinəcək: “Ümid edirəm ki, müəyyən nəticələr olacaq. Ancaq bunun üçün məhdudiyyətlərə və qaydalara əməl etmək lazımdır. Yəni maska taxmalı, sosial məsafə gözlənilməli, gigiyenik qaydalara riayət etməli və eyni zamanda koronavirusun təhlükəli bir xəstəlik olduğunu bilməliyik”.

Deputat məsələnin həllində ikitərəfli yanaşmanın olmasını bildirib:

“Bir tərəfdən dövlətin bu məsələyə diqqət və qayğısını göstəməli, digər tərəfdən isə hər bir vətəndaş bu işdə məsuliyyətini dərk etməlidir. Koronavirus hiylə qəbul etmir, o insanlara fərq qoymur. Kim ki, səhv buraxdı onu tutur. Digər tərəfdən də evdə bir nəfərin xəstələnməsi bütün ailənin, yaxınların xəstələnməsidir. Buna görə də dövlətin qoyduğu karanti qaydalarına riayət etmək hər kəsin borcudur. Ümumilikdə Azərbaycan bu günə kimi dünyada olan bütün təcrübələrdən yararlanıb. İstər karantin rejimi olsun, istər həftəsonu qadağaları və cərimələrin artırılması olsun. Ancaq qaydalara riayət etməklə xəstəliyə qalib gələ bilərik. Biz bunu bacararıq”.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar