Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət himninin ifa edilməsi Qaydaları təsdiqlənib

Fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi Qaydaları təsdiqlənib...

Fövqəladə Hallar NazirliyiAzərbaycan Respublikası fövqəladə hallar orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nı təsdiq edib.

PİA.az-ın məlumatına görə, qaydalarda bildirilib ki, əməkdaşlar dövlət himnindən istifadə edərkən Azərbaycan Konstitusiyasını, “Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu və bu Qaydaları rəhbər tutur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə, Fövqəladə hallar orqanlarına qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı və digər tədbirlərdə dövlət himni mütləq ifa edilir.

Fövqəladə hallar orqanlarında dövlət himninin ifa edilməsinə, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsinə, dinlənilməsinə və oxunmasına dair tələblərdə bildirilib ki, dövlət himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir. Sıradan kənarda olan əməkdaşlar dövlət himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir. Əməkdaşlar tərəfindən Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi tərəfindən müvafiq qaydada həyata keçirilir. Əməkdaş bu qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

pia.az


Etiket: dövlət himni


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar