Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurlan Əzizbəylinin xanımı 30 minlik dələduzluqda ittiham olunur - Video

Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəylinin dələduzluq etdiyi barədə iddialar səslənib...

PİA.az xəbər verir ki, Ofeliya Kərimova adlı qadın ARB televiziyasında yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında N.Əzizbəylinin onu aldadaraq, 30 min manatını mənimsədiyini açıqlayıb.

O.Kərimova məhkəməyə qədər uzanan qalmaqallı məsələni belə nəql edib:

“O, xanıma inandım. Onun adı Nərmin yox, Afaqdır. Məni aldatdı. Onların “Nizami” metrosu yaxınlığında anasından qalan bir otaqlı köhnə evləri var. Söhbət 2014-cü ildən gedir. Uşaqlarımız bir məktəbdə oxuyurlar. Bu qadın həmin evi mənə göstərdi, dedi ki, 30 min manatım var. Ağladı ki, başqa yerdən ev alma, anamdan qalan ev var, gedək, göstərim. Evə baxdım və razılaşdım həmin evi almağa.

Banka getdik, pulumu çəkdirdi və məni aldatdı. Pulları alandan sonra söylədi ki, evin sənədləri yoxdur. Sənəd düzəltdirirəm. Məsələ ilə bağlı dəfələrlə məhkəmədə olmuşuq. Məhkəmə mənim xeyrimə qərar çıxarıb. Hazırda iş icradadır”.

Müğənninin həyat yoldaşı N.Əzizbəyli canlı efirə zəng edərək, O.Kərimovanın həqiqəti söylədiyini və bir ay ərzində həmin məbləği ona geri qaytaracağını bildirib:

“Ofeliya xanımı tanıyıram. Bizim övladlarımız bir məktəbdə oxuyurlar. Ərimin bu məsələdən xəbəri yoxdur. O, 30 mini bütöv verməyib, az-az verib. Ona üç il ərzində hər ay 200 manatı əlbəəl qaytarmışam. O pulu ondan alanda notarius yox idi.

Bir il sonra o xanıma dedim ki, sizi aldatmıram, evimiz sökülsün, pulunuzu qaytaracağam. Ondan sonra dedi ki, mən notariusa qol çəkmirəm ki, mənə hər ay 200 manat ödəmisiz. Ofeliya xanıma borcum olduğunu danmıram. Bu ayın axırına 30 minini qaytaracağam.

Evimiz pis vəziyyətdədir, söküləcək. Təzyiqim yüksək olduğundan sabah xəstəxanaya yerləşəcəyəm. Üç dəfə ağır əməliyyat keçirmişəm”.

Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evi yararsız vəziyyətə düşdüyü üçün ATV telekanalında yayımlanan “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.(Yenisabah.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar