Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti məhkəməyə hazırlaşır: “Afət özünü qadına layiq aparmayıb”

“Afət Fərmanqızını məhkəməyə verəcəyəm”...

Bu sözləri Xalq artisti Flora Kərimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar müğənni Afət Fərmanqızının onun ünvanına söylədiyi təhqirlərə görə bağışlamayacağını və məsələyə hüquqi yolla qiymət veriləcəyini bildirib:

“Afət özünü qadına layiq aparmayıb. Ağzına gələni danışıb. Mən acıq çıxan deyil, ləyaqətimi müdafiə edən insanam. Uzun müddət danışmadım, ona cavab vermədim, birdən partladım.

Xalq ona cavab olaraq dedi ki, söz atanda, gör kimə atırsan. Afət bunu düşünmədi. Mənə söylədilər ki, Afət gəlib sizdən üzr istəsin. Razılaşmadım. Hörmət xətrinə kimləsə düşmən olan deyiləm.

Üzr istəməklə qane olmuram. Mənə hörmətsiz münasibət bəsləyən insanı divara dirəyirəm. Bu da xasiyyətimdən irəli gəlir. 79 yaşım var, bundan belə məni tərbiyələndirmək və üzrlə aldatmaq mümkün deyil.

İlhamə Quliyeva ölənə qədər məndən üzr istəyib, barışmaq üçün addımlar atdı, amma buna nail ola bilmədi. Onun üzrxahlığını qəbul etmədim. Mənə sataşan düşünməsin ki, üzr istəyib, bununla da hər şey bitəcək. Xeyr!

Hərdən mənim üçün deyirlər ki, ahıl yaşındadır, hörmət etmək lazımdır. Əgər bir insan şəxsiyyətinə hörmət qazanmayıbsa, 12 yox, 112 yaşı olsun. Hörmətə hörmətlə cavab verilməlidir. Özümü elə aparmamışam ki, millətimin yanında başım aşağı olsun. Arxamda millətim dayanır. Afət ağzını açdı, nələr eşitmədi. Mənə sataşmasınlar. Bunu edən bu millətin ağzını yuma bilməyəcək”.

Qalmaqallı məsələ ilə bağlı qarşı tərəf - müğənni Afət Fərmanqızı ilə də əlaqə saxladıq.

A.Fərmanqızı ona qarşı məhkəmə iddiası qaldırılacağı ilə bağlı xəbərə belə reaksiya verib:

“Kim? Tanımıram onu. O, nə işinə baxır?”

Qeyd edək ki, tərəflərin münasibətinin korlanmasına səbəb Xalq artisti Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsi olub. Sənətkar bir sıra proqramlarda müğənnini tənqid edərək, onun ünvanına xoşagəlməz ifadələr işlədib.(oxu.az)

pia.az


Etiket: Flora Kərimova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar