Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərlidən Milli Şura üzvlərinə sərt sözlər... 

“Gültəkin Hacıbəyli, sən busan da! Sən indi gəlib bizə ağıl öyrədəcəksən?” “Əli Kərimli blokadada olduğu günlərdə 10-14 müsahibə verib – budurmu blokada?”  “Biz AXCP ilə düşmən deyilik”.

"Hakimiyyətlə nəsə bölüşmədikləri, oyunları varsa, getsinlər, qıraqda oynasınlar"...

Bu sözləri TV Müsavatın “Canlı debat” verilişində qonaq olan Real Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Musavat.com xəbər verir ki, N.Cəfərli AXCP ilə düşmən olmaq istəmədiklərini də vurğulayıb:

“Düşmən odur ki, torpağımı işğal etsin. Mən də əlimdə silah gedərəm, o torpağı işğaldan azad edərəm. Nə iqtidar, nə müxalifət bizim üçün düşməndir, rəqibdir. Sadəcə AXCP birdəfəlik papağını qoysun qabağına, fikirləşsin ki, heç kəs onlara peçat, möhür verməyib ki, gəlib-gedənin alnına möhür vursunlar, kimisə müxalifət elan etsinlər, kimisə yox. Onların buna ixtiyarı da yoxdur, başlarına da deyil, qabiliyyətlərinə də deyil. Alınlarında möhürdən yer qalmayan insanlar o möhürü əllərinə ala bilməzlər. Bunu kənara qoysunlar, onlar kimi düşünməyən, onlar kimi danışmayan, addım atmayan insanları düşmən elan etməsinlər, o kompleksdən çıxsınlar. İndi parlamentdə təmsil olunan müxalifət partiyalarından 8-9 nəfəri Əli Kərimlinin müavinləri olub”.

N.Cəfərli həmçinin bildirib ki, REAL-a qarşı bu hücum dalğası ilə zaman-zaman qarşılaşıblar. Onun sözlərinə görə, İlqar Məmmədov həbsdə olduğu zaman nisbi sakitlik olsa da, AXCP sonradan yenə əvvəlki məcraya qayıdıb:

“Bu insanların fikri, beyni, düşüncəsi 70-ci illərdə qalıb. Dəyişmək fikirləri yoxdur. Bunlar ağ atlı oğlan, ətrafında birləşəcək şəxs axtarırlar. Prinsipləri yoxdur, dünyagörüşləri dardır. O zaman Milli Şurada təmsil olunmaqdan imtina etdik. Ona görə hücumlar oldu. Bu, birinci dəfə deyil. Orda toplanan şəxslərin dünyagörüşü zaydır, dəyərləri yoxdur. Bu qrup illərdir Azərbaycanda hakimiyyətə gəlmək istəmir, sadəcə müxalifətdə birinci olmaq istəyir. REAL bunlara təhlükə mənbəyidir. Realın gözdən salınması da bu alternativin gözdən salınmasına xidmət edən addımlar oldu”.

N.Cəfərli bu günlərdə Milli Şura üzvlərinin Zoom proqramı vasitəsilə apardığı qapalı konfransın ictimaiyyətə yayılması və oradakı şəxslərin REAL, eləcə də onun fəalları barədə söylədikləri fikirlərə də münasibət bildirdi. Dedi ki, bu, onunçün çoxdan məlum olan məsələnin növbəti dəfə təsdiqi olub. Müsahibimizin sözlərinə görə, onlar AXCP-də trolluq edən bir qrup şəxsin varlığından xəbərdar idilər:

“100-120 nəfər adam var ki, hərəsinin 10-15 profili var. İşsiz-gücsüz adamlardır. Bunların işi odur ki, bu profillər vasitəsilə REAL-a aid veriliş, müsahibələrin altına dislayk qoysunlar, söyüş yazsınlar. Sonradan da bunu arqument kimi istifadə etsinlər. Orda Cəmil müəllimin (C.Həsənlini nəzərdə tutur-Musavat.com) bir sözünə də gülürəm. Ona da ürəyim ağrıyır. Normal ziyalı adam idi. Onunla danışmaq xoş idi. Sənə lazım idi özünü zibilə salmaq? Nəysə, Cəmil müəllim deyir ki, “REAL heç olmasa nəsə qazandı, Müsavat isə heç nə qazanmadı. Yəni, bunun dünyagörüşündə hakimiyyətlə oturub danışmaq qazanc məqsədi güdür. Hakimiyyətlə danışıb iki dəfə mandat alıb, ev alıb. Ağlına da gəlmir ki, təmasların xalq üçün, cəmiyyət üçün faydaları ola bilər. Adam dialoqun bu tərəfini heç düşünmür. O tarixçi kimi qalsaydı, insanlara ziyalı mövqeindən mesajlar versəydi, daha faydalı olardı. Bizə bu sözləri deyən adamlar - Cəmil Həsənli də, Gültəkin Hacıbəyli də güzgüdə özlərinə baxsınlar. Siz bu illər ərzində nə qazanmısız? Nailiyyətlərinizin arxasında nə dayanər?”

N.Cəfərli Milli Şura üzvü Gültəkin Hacıbəyli barədə də müəyyən fikirlər səsləndirib. Deyib ki, G.Hacıbəyli bu günlərdə verdiyi bir müsahibədə hər şeyi etiraf edib və mahiyyətini açıqlayıb:

“Müsahibəsində deyir ki, “mənə zamanında insan haqları ilə bağlı ən böyük dəstəyi Heydər Əliyev, İlham Əliyev verib. Siyasi məhbus problemini Ramiz Mehdiyev, Zakir Qaralov yaradıb”. Kim gedibsə, onların adını çəkir. Deyir, mənə ev vermək istəmirdilər. İlham Əliyev Heydər Əliyevdən xahiş etdi və mənə ən yaxşı evi verdilər. Sən busan da. Sən indi gəlib bizə ağıl öyrədəcəksən? Hansısa yolda getməyimi izah edəcəksən?”

REAL-ın icra katibi eyni zamanda AXCP sədri Əli Kərimlinin blokadada olması ilə bağlı məsələyə də münasibət bildirdi. Dedi ki, onlar bu iddia ilə insanların zəkasını aşağılamağa cəhd edirlər: “Mayın 10-da, Milli Şuranın AzTV-sində - Sevinc Osmanqızının kanalında belə başlıq gedib:

“Blokadanın 27-ci günü, Əli Kərimli canlı yayında”. Adamları dolamısız siz? Blokadadadırsa, necə canlı yayına çıxır? Əli bəy bu blokadada olduğunu dediyi günlərdə 10-14 müsahibə verib. Tarixində belə bir şey görünməyib. Budurmu blokada? Biz uzun illər ərzində hakimiyyətin, hakimiyyət məmurlarının bizim ağlımızla, məntiqimizlə oynamasından bezmişik. Bu tərəfin də bizim ağlımızla məzələnməsinə icazə verməyəcəyik. Hakimiyyətlə nəsə bölüşmədikləri, oyunları varsa, getsinlər qıraqda oynasınlar. Bizim öz yolumuz, xəttimiz var. Azərbaycan cəmiyyətinin önünü açmaq istəyirik. Biz 30 il boyunca müxalifətdə də qalmaq istəmirik. Burda qocalıb ölmək istəmirik. Yaxın illər ərzində seçkiləri udub hökumət qurub formalaşdıra biləcəyiksə, biləcəyik. Olmayacaqsa, gənclər gəlib bu işi görəcəklər”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar