Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılır” – Hacı Şahin

Bir neçə gündür ki, koronavirusla mübarizə zamanı epidemiyaya yoluxaraq vəfat edən həkimlərə şəhid statusunun verilməsi mövzusu müzakirə olunur.

Belə ki, insanların sağlamlığı üçün öz həyatlarını riskə atan həkimlərin şəhidlik mərtəbəsinə yüksəldiyi, onlara şəhidlik statusunun verilməsinin vacib olduğu bildirilir.

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu da Musavat.com-a açıqlamasında bildirib ki, bir həkim bilə-bilə ölümə gedirsə, ona şəhid deyilməlidir:

“Hippokrat andında birinci cümlə belədir: Mən xəstənin həyatı üçün öz həyatımı qurban verməyə hazıram. Həkimlərin prinsipi budur: onlar bilirlər ki, epidemiya var, 90 faiz ölüm var. Bunu bilə-bilə fəaliyyət göstərirlər. Bir insan bilə-bilə ölümə gedirsə qəhrəman sayılır, qəhrəman olur. Bir həkim də bilə-bilə ölümə gedirsə, ona şəhid deyilməlidir. Şüurlu şəkildə ölümə gedən şəxslərə şəhid deyilir. Allah polisləri də, həkimlər də saxlasın. Amma koronavirusla mübarizədə polis və həkimlərimiz öləcəksə, onlara şəhid statusu verilməlidir”.

Bəs, koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılmalıdırmı? Bu barədə dindarlar nə düşünür?

Musavat.com-a mövzu ilə bağlı danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, canını fəda edən şəxslər Allah qatında şəhid hesab edilir: “Xalqı uğurunda fədakarlıq edənlər, istər düşmən ilə döyüşdə həlak olanları, istərsə də, insanların sağlamlığı üçün canını təhlükəyə atanları şəhid adlandırmaq olar. Şəhidlik müqəddəs rütbədir. Təkcə düşmənlə döyüşdə həlak olanlara deyil, əgər insan Allah rızası üçün, təmənnasız xalqa xidmət edir və canını təhlükəyə atırsa, ona şəhidlik statusu verilə bilər. Həmin şəxslər Allah qatında şəhid mərtəbəsinə yüksələ bilər. Çünki hədislərdə elm uğurunda öldürülənlər də, doğuş zamanı dünyasını dəyişən analar da şəhid hesab olunur. Həkimlərimiz də insanların sağlamlığı yolunda canlarını fəda edirlərsə, şəhid sayılırlar”.

Hacı Şahin karantin günlərində insanlara evdə qalmağı məsləhət görüb: “Karantin dövründə əsas qayda özünü cəmiyyətdən təcrid etmək, sosial məsafəni gözləməkdir. Insanlar bacardıqları qədər bu qaydalara riayət etməlidirlər. Bu onların sağlamlığı üçün vacibdir. Bu tək qanun qarşısında deyil, Allah qarşısında da məsuliyyətdir. Dinimiz də bizə tövsiyə edir ki, ehtimal olunan ziyandan qorunmaq lazımdır. “Quran”da ayədə də qeyd olunub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Belə bir şəraitdə tələblərə əməl edən insanlar həm özlərini, həm də cəmiyəti qorumuş olurlar, həm də karantin müddətinin azalmasına yardım edirlər. Ortada faciəvi bir şey yoxdur. Bəşər tarixində belə hallar olub, insanlar o günləri arxada qoyub. Qısa zamanda bu günlər də tarix olacaq, insanlar əvvəlki həyatlarına qayıdacaq. İndiki situasiyada ümidsizliyə qapılmamaq lazımdır. Gələcəyə ümidlə baxaraq karantin günlərini arxada qoya bilərik”.

pia.az 


Etiket: Hacı Şahin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar