Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsulzadənin 90 il əvvəlki şəkli tapıldı – Foto

Tanınmış araşdırmaçı-yazar, kolleksiyaçı Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin yeni fotosunu əldə edərək, sosial şəbəkələrdə yayıb...

Şəklin 80-90 il bundan əvvələ aid olduğunu nəzərə alsaq, bu tapıntının hardan əldə edilməsi maraq doğurmaya bilmir.

PİA.az xəbər verir ki, geniş müzakirələrə səbəb olan fotonun əldə edilməsi ilə bağlı Modern.az-a danışan Dilqəm Əhməd şəklin onda 2014-cü ildən olduğunu deyib:

“Fotoşəkli 2014-cü ildə almışam. İlk dəfə "Fərqlilər" kitabımda dərc olunub. Mənim arxivimdə Rəsulzadəyə aid məktub və rəsmlər çoxdur. Onları mütəmadi olaraq kitablarımda verirəm. Bu şəkli də İstanbulda bir bukinistdən almışam”.

D.Əhməd hələ texnikanın inkişaf etmədiyi dövrə aid olan şəklin rəngli versiyada olmasına da aydınlıq gətirib:

“Foto Rəsul Həsən tərəfindən rəngləndirilib. O, uzun müddətdir rəngləndirmə və bərpa işləri ilə məşğuldur. Bir neçə dəfə şəxsi arxivimdəki şəkilləri rəngləndirib. Mən şəkli paylaşandan sonra izləyicilər ondan xahiş etdilər, o da sağ olsun, ortaya möhtəşəm iş qoydu”.

pia.az


Etiket: Rəsulzadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar