Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmət: Məhkumlar arasında koronavirusa yoluxma yoxdur

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir...

Penitensiar Xidmətdən verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq penitensiar müəssisələrin nəzarət-buraxılış məntəqələrində "sanitariya mühafizə postları" qurularaq fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar, dezinfeksiya avadanlıqları və vasitələri ilə təchiz edilib. Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir.

Həyata keçirilən tədbirlərin icrası nazirliyin rəhbərliyinin gündəlik nəzarətindədir. Bu məqsədlə vəziyyəti mütəmadi öyrənmək üçün nazirliyin aidiyyəti məsul işçilərindən və Ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb.

Monitorinq qrupu penitensiar müəssisələrə baş çəkərək həyata keçirilən profilaktik və təhlükəsizlik tədbirləri, məhkumların saxlanma, tibbi və dərman təminatı ilə maraqlanıb.

Həmçinin ərzaq təminatı və qida şəraiti ilə tanış olunub. Müəyyən edilib ki, məhbusların ərzaq təminatı və gündəlik qida rasionu qanunvericiliklə müəyyən edilmiş normalara uyğun təşkil olunur, bununla bağlı cəza çəkənlər, o cümlədən onların yaxın qohumları tərəfindən şikayətlər daxil olmayıb.

Eyni zamanda məhkumlar və həbs olunmuş şəxslər müəssisələrdə fəaliyyət göstərən, çox çeşidli tələbat malları ilə təmin olunmuş ticarət köşklərinin xidmətindən də istifadə edirlər.

Penitensiar müəssisələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər davamlı olaraq həyata keçirilir.

Qeyd olunmalıdır ki, şəxsi heyət, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslər arasında koronavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar