Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır

Ali Məhkəmədə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib...

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş hüquqi şəxs - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi vəsatətlə çıxış edib. O bildirib ki, kassasiya şikayətləri müsadirə edilməsi üçün üzərinə həbs qoyulmuş əmlaklarla bağlıdır.

"Hazırda nazirlik həmin əmlaklarla bağlı araşdırma aparır. Bu səbəbdən prosesin araşdırma başa çatanadək təxirə salınmasını xahiş edirik".

Dövlət ittihamçısı vəsatətə etiraz edib. Müdafiə tərəfi isə vəsaitin təmin edilməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək, vəsatəti təmin edib. Proses martın 11-ə təyin edilib.

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Hazırda bütün məhkumlar azadləqdadırlar.

Kassasiya şikayəti üsərinə həbs qoyulmuş əmlaklarla bağlı verilib.(report)

pia.az


Etiket: Vidadi Zeynalov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar