Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-la müharibədə İranın mümkün müttəfiqləri kim ola bilər?

Hazırda regionda İranın müttəfiqləri kimlər görünür? Rusiya və Çin bu müharibədə İrana dəstək verə bilərmi?..

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri: “İranın ABŞ-ın hərbi bazasına atdığı raketlər əvvəlcədən danışılmış bir teatr idi. Bundan o tərəfə nə İran, nə də ABŞ getməyəcək”.

“Raket zərbələrinin endirilməsi sadəcə olaraq İranın daxili siyasəti üçün oynanılan bir ssenari idi. İran ABŞ-a cavab verməli idi və dünən axşam atdığı raket zərbələri ilə güya cavab verdi”.

Bu sözləri politoloq Əhəd Məmmədli İranın Yaxın Şərqdə ABŞ-ın müttəfiqləri olan sünni ərəbləri və İsraili özünün əsas hədəfləri olaraq göstərməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ-ın İraqdakı hərbi hava bazası dünən axşam İran tərəfindən raket zərbələrinə məruz qalıb. Məlumata görə, bazanın ərazisinə ballistik raketlər atılıb. ABŞ xəbəri təsdiqləyib. Ölən və ya yaralananların olub-olmaması, habelə dağıntılar barədə məlumat verilmir.

İnqilab Keşikçiləri Korpusu İraqdakı ABŞ bazasına olan zərbəsi barədə məlumat yayan İran xəbər agentlikləri isə raket zərbələri nəticəsində 80 Amerikan əsgərinin ölməsi ilə bağlı məlumat yayıblar.

Ekspertlər hesab edirlər ki, bütün hallarda ABŞ-ın cavabı güc sisiteminə dayanacaq.

Demək olar ki, artıq ABŞ-İran müharibəsi başlamaq üzərindədir. İran ABŞ-ın hərbi bazasını atəşə tutmasından əlavə Yaxın Şərqdə ABŞ-ın müttəfiqləri olan sünni ərəbləri və İsraili özünün əsas hədəfləri olaraq göstərib. Bu isə o deməkdir ki, İran təkbaşına bütün dünyanı qarşısına alır.

Hazırda regionda İranın müttəfiqləri kimlər görünür? Rusiya və Çin bu müharibədə İrana dəstək verə bilərmi?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Raket zərbələrinin endirilməsi sadəcə olaraq İranın daxili siyasəti üçün oynanılan bir ssenari idi”.

İranın ABŞ-ın hərbi bazasına atdığı raketlərin əvvəlcədən danışılmış bir teatr olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bundan o tərəfə nə İran, nə də ABŞ getməyəcək:

“Əvvəla onu qeyd edim ki, İran-ABŞ müharibəsi başlamayacaq və İran bütün dünyanı qarşısına almır. İran ABŞ-ın hərbi bazasına 15 raket atıb. Bu raketlərdən 4-ü zərərsizləşdirilib, 11-də boş sahəyə dəyib. ABŞ-da açıqlama verdi ki, onların İranın atacağı raketlərdən əvvəlcədən xəbərləri olub. Buna görə də ABŞ əvvəlcədən ehtiyyatını görüb. Yəni İranın ABŞ-ın hərbi bazasına atdığı raketlər əvvəlcədən danışılmış bir teatr idi. Bundan o tərəfə nə İran, nə də ABŞ getməyəcək.

Həmçinin İran Səudiyyə Ərəbistanına da mesaj göndərib ki, bu işə qarışmayın. Eyni zamanda İranın xarici işlər naziri də bildirib ki, onlar vəziyyətin daha da qarışmasını istəmirlər. Raket zərbələrinin endirilməsi sadəcə olaraq İranın daxili siyasəti üçün oynanılan bir ssenari idi. İran ABŞ-a cavab verməli idi və dünən axşam atdığı raket zərbələri ilə güya cavab verdi. Beləliklə də İran bununla simasını göstərəcək. ABŞ-da göstərəcək ki, heç bir itki verməmişəm.

Əhəd Məmmədli: “Çin və Rusiya İrandan ABŞ-a qarşı istifadə edə bilər. Amma bu istifadə də bir həddə qədər olacaq”.

Rusiya və Çin də İrana görə heç vaxt ABŞ-la savaşan deyil. Bu mümkünsüzdür. Ola bilər ki, Rusiya və Çin 1-2 bəyanat verə bilərlər və bəyanatdan o yana heç nə edən deyillər. Hələ Obamanın vaxtında BMT-də İrana qarşı məsələ qaldırılanda Çin və Rusiya İrana qarşı veto hüququndan istifadə etməmişdi, neytral qalmışdılar. Həmin qətnamə də İrana qarşı qəbul olunmuşdu. Uzaq başı Çin və Rusiya İrandan ABŞ-a qarşı istifadə edə bilər. Amma bu istifadə də bir həddə qədər olacaq”.

Məlumdur ki, Azərbaycanın İsraillə sıx əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq fonunda İran Azərbaycanı da hədəf ala bilərmi? sualını cavablandıran politoloq bildirib ki, İran-ABŞ heç nə olmamış kimi də yollarlna davam edəcəklər və buma görə də Azərbaycan seçim qarşısında qalmayacaq:

“Düşünürəm ki, İranABŞ heç nə olmamış kimi də yollarlna davam edəcəklər və hər şey öz axarında, sülh şəraitində davam edəcək. Buna görə də Azərbaycanın İran və yaxud da İsrail arasında seçim etmək məcburiyyətində qalmayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar