Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir pensiya yaşına çatmış məktəb direktorlardan danışdı

"Biz direktorların işinə xitam verərkən onların gördükləri işləri də nəzərə alırıq"...

“Biz direktorların işinə xitam verərkən onların gördükləri işləri də nəzərə alırıq. 65 yaşına çatmış elə direktorlar olur ki, nazirlik olaraq biz onlardan işlərini davam etdirmələrini xahiş edirik”.

PİA.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində deyib. O, direktorların əmək müqavilələrinə xitam verilməsi ilə bağlı nazirliyin yanaşmasını qeyd edib.

“Hazırda yaş həddinə çatan müəllimlərin, xüsusilə, 65 yaşlı direktorların müqaviləsinə xitam verilməsi ilə bağlı fikirlər səsləndirilir. Təhsil Nazirliyinin bu istiqamətdə yanaşmasını da qeyd etmək istəyirəm. Yaş həddinə çatmış hər bir direktora eyni yanaşılmır, onların fəaliyyətləri, məktəbin qazandığı nailiyyətlər də nəzərə alınır. Hər bir xitam qərarının verilməsininin əsasında analizlər, təhlillər dayanır. Onu da qeyd edim ki, 2019-cu ildə müxtəlif səbəblərdən 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib”.

Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər. (modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

“Azərlotereya”ya bu qədər “toçka” açmağa kim və necə icazə verir? – Dövlət çətiri altında özbaşınalıq…

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Ən çox oxunanalar