Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin qalibləri müəyyənləşib

Qaliblərin mükafatlandırılma mərasimi keçirilib...

Dekabrın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

BŞTİ-dən APA-ya verilən məlumata görə, tədbirdə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər, şagirdlər, Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa olan marağını artırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə BŞTİ tərəfindən il ərzində çoxsaylı müsabiqələrin təşkil edildiyini söyləyib.

Müsabiqə qaliblərini təbrik edən Rəşad Tağıyev onlara gələcək təhsil yollarında daha böyük uğurlar arzulayıb.

Sonda müsabiqədə qalib olmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, üç mərhələdə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən 3 şagird rayon turunda iştirak etmək hüququ qazanıb. İkinci-rayon mərhələsində 247 məktəb üzrə 741 məktəbli iştirak edib və onlardan 51-i final mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin final mərhələsinin nəticələrinə görə 80 nömrəli tam orta məktəbin şagirdi birinci, 125 və 110 nömrəli tam orta məktəblərin şagirdləri ikinci, 92, 76 və 309 nömrəli tam orta məktəblərin şagirdləri isə üçüncü yerin qalibi olublar. Eyni zamanda, 139, 46, 189-190, 181, 99, 283, 210, 322 və 231 nömrəli məktəblərin şagirdləri həvəsləndirici yerlərə layiq görülüblər.

pia.az


Etiket: Nəsimi ili

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar