Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika ölkələrindən fillərin ixracına qadağa qoyulub

Fil satışına qadağa qoyulub

Afrika fillərinin Zimbabve, Botsvana, Namibiya və Cənubi Afrika Respublikasından digər qitələrə satışına qadağa qoyulub.

“Report” DW-yə istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı və "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın (CİTES - The Convention on İnternational Trade in Endangered Species of Wild Fauna and Flora) üzvü olan 182 dövlət Cenevrədə keçirilən beynəlxalq konfransda qərar qəbul edib.

Fillərin heyvanxanalara və sirklərə satışını məhdudlaşdıran bu qərar onların təbii mühiti olan bölgələrə daşımasına hər hansı maneə yaratmır. Almaniyanın “Pro Wildlife” təşkilatının məlumatına görə, qərara qarşı ən çox çıxan ölkə Zimbabvedən 2012-2017-ci illər ərzində Çinə azı 108 fil balası ixrac olunub. Namibiya hökuməti isə CİTES-dən çıxacağını bildirib.

“Pro Wildlife” təşkilatının nümayəndəsi Daniela Frayer bildirib: “Fillər əqli səviyyəsi yüksək, sosial heyvanlardır. Belə ki, öz sürüsündən qoparılan fillər dərin sarsıntı keçirir və bunun fəsadlarını ömürboyu yaşayır, davranışları dəyişir, çox vaxt erkən dünyalarını dəyişirlər”.

Bunula belə, Avropa İttifaqının səyilə konfransın yekun qərarına daxil edilən bəndə görə fövqəladə hallarda fillər CİTES komitəsinin xüsusi icazəsi ilə satıla bilər.

Pia.az


Etiket: Afrika fil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar