Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeçenistanda “Məhəmməd Peyğəmbər” məscidi açılıb – Avropada ən nəhəngidir

Çeçenistanda Avropanın ən böyük məscidi açılıb. Ehtimal edilirdi ki, məscid respublikanın başçısı Ramzan Kadırovun adını daşıyacaq

Ancaq «Qroznıy-inform» nəşrinin məlumatına görə, məscidin açılış mərasimində Ramzan Kadırov elan edib ki, dini abidə Məhəmməd peyğəmbərin şərəfinə onun adını daşıyacaq.

«Sİzi və dünyanın bütün müsəlmanlarını sevindirmək istəyirəm. Biz, məscidə ürəklərimiz uçan insanın – o insanın ki, bizləri xilasa və xoşbəxtliyə gətirib, bütün pislərdən və günahlardan qoruyub – onun adını verdik. O, bizim imamımızdır, sevimlimizdir, köməyimizdir və gözlərimizin işığıdır. Mən, Allaha sonsuz qədər minnətdaram ki, məscidə Məhəmməd peyğəmbərin adının verilməsini elan etmək imkanına malik oldum…» – deyə, Çeçenistanın başçısı elan edib.

Respublika hökumətinin saytında xəbər verildiyi kimi, məscidin açılışı tarixi gündə baş tutub – avqustun 23-də Çeçenistanda respublikanın ilk prezidenti Əhmət Kadırovun anadan olmasının 68-ci ildönümü qeyd edilib.

Xəbərə görə, məscid eyni vaxtda 30 mindən artıq ibadətə gələn insanı qəbul edə bilər. O, Şali şəhərində yerləşir.

Açılış mərasimində iştirak etmək üçün 40-dan artıq ölkədən və 11 dövlətdən hökumət nümayəndələri Çeçenistana uçub.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar