Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdə təhsil alanlarla bağlı verilən sərəncam: "Xidmət sektoruna yeni nəfəs gətirəcək"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb

Sərəncama əsasən, Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq.

PİA.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan təhsil üzrə ekspert Kamran Əsədov bu qanunun ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat, yüksək xidmət sektoru yaradacağını deyib:

Prezident İlham Əliyevin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nda bu məsələlər nəzərdə tutulmuşdu, amma qanun halına gətirilməmişdi. Olduqca mükəmməl addımdır. Nəzərə alsaq ki, bu yalnız dövlət proqamı çərçivəsində xaricdə təhsil almış şəxslərə aiddir və onlar ölkənin tələb etdiyi ilkin bütün bilik və bacarıqlara malikdirlər. Dünyada gedən bir çox müasir tələblər, müasir çağırışlar var. Bu şərtlərə malik şəxslər hesab edirəm ki, Azərbaycana lazımdır. Yəni əgər biz rəqabətə davamlı iqtisadiyyat, yüksək xidmət sektorunu istəyiriksə, ilk növbədə dünyanın nüfuzlu universitetlərində təhsil almış şəxslərin istehsalata, xidmət sektoruna, idarəetməyə cəlb olunmasına maraqlı olmalıyıq. Ən inkişaf etmiş ölkələrə baxanda görürük ki, həqiqətəndə onları məhz bu səviyyəyə gətirən nüfuzlu təhsil almış məzunlarıdır. Azərbaycanın da buna ehtiyacı var. Ona görə də mən bu addımı müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu Azərbaycanda xidmət sektoruna yeni nəfəs gətirəcək, yeni rəqabət mühiti formalaşdıracaq. Azərbaycanda dünya standartlarına cavab verən mühit formalaşacaq.

Ekspert hansı universitetlərdə təhsil alanların bu üstünlükdən istifadə edə biləcəyinə də aydınlıq gətirib:

"Əsasən dünyada nüfuzuna görə ilk 500 universitet buraya daxildir. Bunlar o universitetlərdir ki, onların əmək bazarında faydalı iş əmsalı yüksəkdir, onların maddi texniki bazası yaxşı təmin olunub. Amma yenə qeyd edirəm, bu qərar yalnız dövlət xətti ilə gedən tələbələrə aiddir, öz vəsaiti hesabına gedənlərə aid deyil, amma öz vəsaiti hesabına dünyanın ən qabaqcıl universitetlərində təhsil alan şəxslər də buraya şamil oluna bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Ən çox oxunanalar