Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Rusiyaya məxsus tankeri saxladı

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb

Virtualaz.org xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat yayılıb.

Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb. “Beynəlxalq dəniz hüququ normalarına zidd olaraq, RF FTX sərhəd qoşunlarının hərbçiləri qanunsuz şəkildə, silahdan istifadə etməklə Ukraynanın hərbi gəmilərinin Kerç boğazındakı hərəkətinə NEYMA tankeri ilə mane olublar”, - məlumatda deyilir.

UTX-nin məlumatına görə, hazırda həbs üçün vəsatət hazırlanır. Xidmətdə onu da bildiriblər ki, bu cür hərəkətlər nəticəsində 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi gəmiləri və 24 dənizçi saxlanılmışdı.

Məlumata əsasən, Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. UTX-dən bildirildiyinə görə, NEYMA gəmisinin adı dəyişdirilərək NIKA SPIRIT qoyulub ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı bəlli olmasın”. Tankerdə axtarış aparılıb, heyət üzvlərinin ifadəsi alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar