Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Tehran İran körfəzində yaradılacaq koalisiyaya sərt reaksiya verdi

İranın vitse-prezidenti İshak Cahangirin bəyanat verib

İran körfəzinin qorunması üzrə beynəlxalq koalisyanın yaradılması bölgənin təhlükəsizliyinə vurulan böyük zərbədir”.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İshak Cahangirin bəyanatında belə deyilir.

Qeyd olunur ki, bundan daha öncə ABŞ dövlət katibi Maykl Pompeo İran və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında patrul işlərinin aparılması üçün koalisiya qurulacağının anonsunu vermişdi.

“Regionun təhlükəsizliyi naminə koalisiya qurulmasına heç bir ehtiyac yoxdur. Bölgə kənarına çıxaraq qrup formalaşdırmaq istəyən dövlətlər ərazilərin müdafiəsiz vəziyətdə qoymaqdan başqa bir iş görmürlər”,- deyə İ.Cahangiri bildirib.

İran rəsmisinin sözlərinə görə, rəsmi Tehran həmişə gəmilərin və körfəzin təhlükəsizliyini təmin edib.

“Defence One” saytı isə ABŞ-ın Birləşmiş qərargahlar komitəsinin sədri (Baş qərargah rəisi-red.) general Cozef Danforda istinadən Donald Tramp administrasiyasının İran və Yəmən sularında nəzarəti gücləndirmək məqsədilə bölgədəki ərəb dövlətlərinin iştirakı ilə beynəlxalq birlik yaratmaq niyyəti haqqında məlumat verib.

General Cozef Danford Hörmüz və Bab-Əl-Məndab bölgələrində nəqliyyat azadlığını təmin edəcək strategiyanın hazırlanması üzərində çalışdıqlarını bildirib. Pentaqon rəhbərinin köməkçisi Ketrin Uilbarger isə koalisiyanın İran əleyhinə deyil, ilk öncə kəşfiyyat və müşahidə yolu ilə gəmi nəqliyyatının təhlükəsizliyinin təmin olunması üçün qurulacağını deyib.

pia.az


Etiket: İran ABŞ Hörmüz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar