Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp bizə xəbər göndərdi ki, səhralıq ərazini vuracağıq, xahiş edirik cavab verməyin...”

Ötən bazar günü iyunun 7-də İranın mülki müdafiə Təşkilatının komandanı general Qulam Rza Cəlali ABŞ prezidenti Donald Trampdan “məhdud hərbi əməliyyatlar” barədə xəbərdarlıq aldıqlarını təsdiqləyib

Virtualaz.org xəbər verir ki, generalın sözlərinə görə ABŞ pilotsuz təyyarəsinin vurulmasından sonra “sifətini saxlamaq” üçün İrana qarşı məhdud hərbi əməliyyat həyata keçirmək istəyirdi.

“Onların pilotsuz təyyarəsi vurulandan sonra Birləşmiş Ştatlar bizə diplomatik vasitəçilərlə xəbər göndərdilər ki, onlar sifətlərini saxlamaq üçün İranın əhəmiyyətsiz və səhralıq rayonunda məhdud hərbi əməliyyat keçirmək istəyirlər. Və bizdən xahiş etdilər ki, onlara cavab verməyək, amma İran bəyan etdi ki, istənilən əməliyyatı müharibənin başlanması kimi qiymətləndirəcək”,-briqada generalı Qulam Rza Cəlali deyib.

ABŞ-ın "Global Hawk" strateji pilotsuz kəşfiyyat təyyarəsi iyun ayında Hörmüz boğazı üzərində İslam Keşikçiləri Korpusu tərəfindən vurulub. İran bəyan edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirib.

Bu insidentdən sonra məlum olub ki, prezident Donald Tramp İranın üç hərbi obyektinə məhdud hava zərbələrinin endirilməsini əmr edib. Amma hava zərbələrinin başlamasına cəmi 10 dəqiqə qalmış Tramp qərarı təxirə salıb. Daha sonra ABŞ prezidenti bunu belə əsaslandırıb ki, hava zərbələri nəticəsində azı 150 iranlının öləcəyi haqda ona məruzə ediblər. Və pilotsuz aparata görə bu qədər adamın ölməsini məqbul hesab etməyib və əmri təxirə salıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar