Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülnarə Kərimovanın 1.2 milyard dollarına əl qoyulub?

Özbəkistanın Ədliyyə Nazirliyi mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın xaricdəki mal varlığının qaytarılması ilə bağlı əməliyyatların davam etdiyini bildirib

Türkiyə mediası xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi türmədəki Kərimovanın sağlamlıq vəziyyəti və xaricdəki varidatının ölkəyə qaytarılması ilə bağlı yazılı açıqlama verib.

Kərimovanın sərvətinin ölkəyə qaytarılması ilə bağlı müzakirə və prosedurların beynəlxalq hüquq normalarına uyğun olaraq hökumət səviyyəsində davam etdirildiyi əks olunan açıqlamada aşağıdakılar da qeyd olunub: “Bu varidata xarici ölkənin müvafiq qurumları tərəfindən əl qoyulduğu üçün onların qaytarılması Kərimovanın və ya ailə üzvlərinin nəzarətində deyil”.

Açıqlamada eyni zamanda qeyd olunub ki, G.Kərimovanın hər hansı sağlamlıq problemi yoxdur. Daşkənd yaxınlarındakı bir türmədə saxlanan Gülnarə Kərimovnın qızı İman Kərimova keçən həftə sosial media hesabı üzərindən verdiyi açıqlamada 1,2 milyard dollar dəyərindəki investisiyaların dövlətin nəzarətinə keçdiyini, 131 milyon dollar dəyərindəki pulun geri gətirilməsi üçün əməliyyatın davam etdiyini, 555 milyon dollarlıq vəsait üçün də lazımi addımların başlandığını bildirmişdi.

Özbəkistan məhkəməsi tərəfindən 2017-ci ilin dekabrında rüşvət, korrupsiya, ticarət və gömrük qaydalarının pozulması ittihamlarından 10 il həbsə məhkum edilən Gülnarə Kərimovanın cəza müddəti haqsız əldə etdiyi gəlirləri və dövlətə verdiyi zərəri geri ödəməyi qəbul etməsiylə 2018-ci ilin iyulunda 5 ilə endirilib və cəzası da ev həbsilə əvəzlənmişdi.

Kərimova ev həbsi şərtlərini pozduğu üçün təkrar türməyə göndərilib. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

"Real Madrid" dünyanın ən bahalı futbol klubu olub

Ən çox oxunanalar