Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci il ABŞ prezident seçkiləri: Tramp irəlidə gedir...

Trampın yığdığı ianələr Obamanın rekordunu qırdı. Co Biden də Pit Badicecdən geri qalaraq topladığı ianələrin miqdarını açıqlayıb...

Andre Bankomb
“The Independent”, ABŞ, 4 iyul 2019-cu il

Seçki kampaniyasında Donald Trampın Barak Obamanın 8 il əvvəl topladığı ianələrdən 25% çox ianə toplaması 2020-ci il prezident seçkilərini daha da canlandırıb.

Namizədlərin ikinci mərhələdə topladığı ianələri yoxlayan hesabatlara görə, Tramp və Respublikaçılar 105 milyon dollar vəsait toplayıblar. 2011-2012-ci ildə Obama və Demokratlar 85 milyon dollar toplamışdılar.

Prezidentin 2020-ci il seçkilərindəki kampaniya meneceri Bred Parskal dəstəkçilərə göndərdiyi e-mail-də: “Seçkilərə hələ 1 ildən çox var, amma gözləntiləri indidən darmadağın etdik. Keçən mərhələdə rekord qıraraq 105 milyon dollar topladıq. Bu uğur Demokratlardan heç biri ilə müqayisəyə belə gəlməz”, deyə yazıb.

Parskal bundan əlavə: “Demokratlar təşvişə düşüblər. Böyük Hollivud xeyriyyəçilərini və kampaniyalarını dəstəkləsinlər deyə bataqlıqdakı dostlarına müraciət edirlər”, dedi.

Prezident olduğu üçün üstünlüyü əlində tutan Tramp hesabatlarda topladığı pulun xüsusilə vurğulanması üçün əlindən gələni edir. Yəni, böyük ehtimalla, hesabatlar Trampın nəzarətindədir. 2016-cı ildə Respublikaçıların 957 milyon dollar toplanmasına qarşılıq olaraq, Demokrat Hillari Klinton təxminən 1,4 milyard dollar toplamışdı.

Demokratlardan təkcə Pit Badicec, Berni Sanders və Co Biden topladıqları vəsaitin miqdarını açıqlayıb.

Demokratların apardığı ilk debatda Bideni sərt şəkildə tənqid edən Kamala Harrisin kampaniyası yüksəlişdə olub.

Berni Sandersin kampaniyası isə yüksək ianələr əvəzinə, internet vasitəsilə sadə əhalidən gələn az miqdarda ianələrlə dəstəklənir.

Demokratların fikrincə, seçkilərdəki yeganə ünsür pul deyil.

Virciniya Universitetində Siyasət Elmləri Professoru Lerri Sabato “The Independent” qəzetinə açıqlama verərkən deyib: “Səslər və pullar arasında gedən yarışda pul bir vasitədir, səslər isə nəticədir. Hər ikisi sizi sevindirsə də, puldan çox səsə sahib olmalısınız”.

Sabato əlavə olaraq: “Hər iki tərəfin də xərclədiyi pulun çoxu hədər olur. 2020-ci il seçkilərinin əsaslarını ələ almaq hər şeyi müəyyənləşdirəcək. Pul seçkiləri ələ almağa kömək edə bilər, amma Tramp hər iki tərəfin təməlini ələ almağa çalışır”, deyə qeyd edib.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay