Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki MTN generalı keçmiş müstəntiqə nə deyib? - İddia

R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb

Sabiq müstəntiq, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə həbsdən azadlığa buraxılmış Rüfət Səfərov hazırda həbsxanada cəza çəkən məşhur MTN generalı Elçin Quliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.

“AzPolitika.info”-nın məlumatına görə,R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb, onunla bir dialoqunu paylaşıb .

Sabiq müstəntiq yazır: “Günün birində dustaq yoldaşım, uzun illər uğrunda canını fəda etdiyi rejim tərəfindən paqonları sökülən MTN generalı Elçin Quliyev hələ iş başında ikən Allahşükür Paşazadənin ona göndərdiyi Qurani-Şərifi oxumaq üçün mənə təqdim edib dedi: “Oxu, rahatlıq tapacaqsan… Mən tapıram…” Amma nəsə utandım, daha soruşmadım ki, necə rahatlıq tapırsınız?…

Şərait və zaman belə gətirdi: hərdən onunla söhbət edirdik, dərdləşirdik.

Son aylarda onu hədələyib, məndən uzaq gəzməsini tələb edibmişlər. Dilinin ucu ilə salam verib ötürdü. Yəqin “dost”ları maraq bürüyübmüş: bir MTN generalı ilə müxalifətçi nədən danışa bilər?…

Ayrıldığımız gün məni bir bucağa çəkib söylədi ki, “76 yaşlı anam özünü yandırmaq istəyir…” Bütün analar kimi oğlunun günahsızlığına əminmiş…”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Ən çox oxunanalar