Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “Huawei” telefonları işlədənləri nə gözləyir? - Təhlükə...

İKT mütəxəssisi: “Tətbiq edilən sanksiyalara baxmayaraq Huawei şirkəti alternativ variantlar barədə düşünür və özünün B planı var”

“Huawei şirkətinin “Google” tərəfindən söndürülməsi və qara siyahıya salınması Azərbaycanda, həmçinin dünyada bu telefonları istifadə edənlər üçün müəyyən problemlər yarada bilər”.

Bu sözləri İKT mütəxəssisi Mehdi Mustafayev ABŞ tərəfindən Huawei şirkətinə qoyulan sanksiyaları və bunun nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Çinin “Huawei” şirkətini “qara siyahı”ya salıb. Yəni ABŞ Çin şirkətini 5G texnologiyasını casusluq məqsədilə istifadə etməkdə ittiham edərək sanksiya tətbiq edib. Bu səbəbdən “Google”, “İntel” və başqa şirkətlər “Huawei” ilə əməkdaşlıqdan imtina etməyi qərara alıb.

“Huawei” şirkətinin banisi Jen Çjenfey ABŞ-ın qərarının “Huawei” üçün əhəmiyyət kəsb etmədiyini bildirib.

Şirkət hətta “Android”dən asılılıqdan xilas olmaq üçün özünün “Hongmeng” adlı əməliyyat sistemini yaradacağını açıqlayıb. Şirkət öz müştərilərinə bildirib ki, bu əməliyyat sistemi təxminən ilin sonuna qədər istifadəyə veriləcək, bu vaxta qədər satılmış bütün “Huawei” smartfonları əvvəlki qaydada çalışacaq və heç bir problem yaşanmayacaq.

Bəzi mütəxəsisslər də bildirir ki, ABŞ-ın bu qərarı Çində “Android” bazarına ciddi təsir edə bilməyəcək. Çünki “Google” şirkətinin əsas gəliri “Android”dən deyil, axtarış sistemindəndir. “Google” axtarış sisteminin Çin bazarındakı hazırkı payı da 0,30 faizdir. Bazarın lideri 71 faizlə “Baidu”dur. Çində isə 700 milyondan çox telefon istifadəçisi var ki, bu da ABŞ-ın ümumi əhali sayından bir neçə dəfə çoxdur.

Ölkəmizdə də bu markalı telefonların geniş satıldığını və istifadə edildiyini nəzərə alsaq telefonların aqibəti alıcıları və sahibkarları kifayət qədər düşündürür. Azərbaycanda bu telefondan istifadə edənlər üçün hansı problemlər yarana bilər və Huawei telefonlarının müvəqqəti də olsa işləməməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı İKT mütəxəssisi Mehdi Mustafayevlə müzakirə edib.

Mehdi Mustafayev: “ABŞ Huawei şirkətinin ona qarşı ciddi xəyanət etdiyini unutmayacaq. Buna görə də Huawei şirkətinin “Microsoft”, “Google” əlaqəsi bərpa olunsa belə, şirkət çox ciddi təpkilər və nəzarət altında fəaliyyət göstərəcək”.

Əgər Çin höküməti ilə ABŞ arasında aparılan danışıqlar müsbət nəticələnməsə, Huawei şirkəti özünün B planını həyata keçirməyə başlayacağını düşünən İKT mütəxəssisi PİA.az-a açıqlamasında əlavə edib ki, Huawei şirkəti öz planını həyata keçirəndə bir çox çətinliklərlə rastlaşacaq:

“Məlumdur ki, Huawei şirkəti ABŞ-ın bir çox sirrlərini Çin dövlətinə ötürməkdə günahlandırılır. Buna görə də Trampın fərmanından sonra Huawei şirkətinə qarşı çox ciddi sanksiyalar tətbiq olunur. Tətbiq edilən sanksiyalara baxmayaraq Huawei şirkəti alternativ variantlar barədə düşünür və özünün B planı var. Hal-hazırda Çin höküməti, o cümlədən Huawei şirkəti sanksiyaların aradan qaldırılması üçün ABŞ rəhbərliyi və Google şirkəti ilə danışıqlar aparır.

Əgər danışıqlar müsbət nəticələnməsə, şirkət öz B planını həyata keçirməyə başlayacaq. Təbii ki, Huawei şirkəti öz planını həyata keçirəndə bir çox çətinliklərlə rastlaşacaq. Amma dünya və Çin bazarında öz sözünü demiş Huawei şirkəti müəyyən mərhələlərlə də olsa, bu çətinliklərdən keçə biləcək. İnanıram ki, ən son anda Huawei “HongMeng Ark OS” adında yeni əməliyyat sistemini uğurla tətbiq edəcək.

Düşünürəm ki, dünyada məşhur olan bir çox telefon şirkətləri hər zaman öz B planlarını hazır saxlayırlar. Çünki hər bir şirkətə qarşı hər zaman hansısa beynəlxalq sanksiyalar və yaxud da hansısa məhdudiyyətlər ola bilər.

Mehdi Mustafayev: “Dünyada məşhur olan bir çox telefon şirkətləri hər zaman öz B planlarını hazır saxlayırlar”.

Azərbaycanda Huawei markalı telefonların geniş istifadə edildiyinə gəlincə isə deyə bilərəm ki, problemin necə həll olunacağı həmin markalı telefonlardan istifadə edən insanları narahat edir. Məlumdur ki, ölkəmizdə telefonların geniş satılmasının birinci səbəbi kreditlə satılmalarıdır. Hətta elə insanlar var ki, Huawei telefonunun ən son modelini kreditlə əldə edib. Çox sahibkarlar da həmin markalı telefonları alıblar, amma hələ satışına nail olmayıblar. Buna görə də onları başa düşmək olar.

Huawei şirkətinin “Google” tərəfindən söndürülməsi və qara siyahıya salınması Azərbaycanda, həmçinin dünyada bu telefonları istifadə edənlər üçün müəyyən problemlər yarada bilər. Məsələn həmin istifadəçilər teleqram, whtsaap və başqa proqramların istifadəsində problemlər yaşaya bilərlər. Amma həmişəlik yox. Çünki Huawei ödənişin edib proqramistlər, developerlər tutub öz android sistemin yaratmaqla yaranan problemi həll edə bilər. Şirkət proqramistlərə yüksək maaş verməklə, müəyyən müddət az qazanc əldə etməklə çox işlər görə bilər.

Bir daha qeyd edim ki, mən Huawei şirkətinin bu sanksiyaların öhdəsindən gələ biləcəyinə inanıram. Hazırda Çin də istəmir ki, bu sanksiyaların davamı gəlsin. Çünki Çinin dünyada məşhurlaşan bir çox şirkətlərinə qarşı da sanksiyalar tətbiq oluna bilər. Təbii ki, sanksiyaların tətbiqi böyük şirkətlər üçün yaxşı deyil.

Bildiyimiz kimi Çin İrandan neft almağı dayandırıb. Çin bu addımı ilə ABŞ-a göstərmək istəyir ki, biz neft almağ dayandırdıq siz də sanksiyaları ortadan qaldırın. Həmçinin Çin bu istiqamətdə bir neçə addımların atılmasını da planlayır. Çin böyük şirkətlərin ölkəni tərk etməməsini istəyir. Çünki bu şirkətlər vasitəsi ilə Çin milyardlar, trilyonlar qazanır.

Mehdi Mustafayev: “Huawei istifadəçiləri teleqram, whtsaap və başqa proqramların istifadəsində problemlər yaşaya bilərlər”.

Onu da qeyd edim ki, bəlkə də Huawei “Google” tərəfindən blok edilməyəcək. Yəni Çinlə ABŞ arasında gedən danışıqlar müsbət nəticələnsə, bloklanma olmayacaq. Amma onu da nəzərə almaq lazımdır ki, danışıqlar müsbət nəticələnsə belə, ABŞ Huawei şirkətinin ona qarşı ciddi xəyanət etdiyini unutmayacaq. Buna görə də Huawei şirkətinin “Microsoft”, “Google” əlaqəsi bərpa olunsa belə, şirkət çox ciddi təpkilər və nəzarət altında fəaliyyət göstərəcək. Bu da Huawei üçün asan iş olmayacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar