Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevir sakini velosipedlə dünya turuna çıxıb

O artıq Dağıstanın paytaxtına yaxınlaşmaq üzrədir

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, ənənəvi olaraq velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edən Mingəçevir sakini Abid İsmayılov növbəti velosiped turuna çıxıb.

Bu, velosiped həvəskarının üz tutduğu yeni, həm də daha uzun istiqamətdir. Belə ki, bundan öncə o, əsasən Gürcüstan istiqaməti ilə xarici səfərlərə üstünlük verib. Bu dəfə isə Mingəçevir-Bakı-Dərbənd-Mahaçqala-Qroznı-Yalta-Odessa-İstanbul-Batumi marşrutu üzrə hərəkət edir.

A.İsmayılov hazırda Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir və paytaxt Mahaçqalaya yaxınlaşır. Buradan Çeçenistan sərhədlərinə üz tutacaq.

A.İsmayılovun ONA-ya verdiyi məlumata əsasən, yol boyu o, dünya turuna çıxan iranlı velosipedçilərlə də qarşılaşıb. Ümumiyyətlə isə həmyerlimizin səfəri hər bir yaşayış məntəqəsində maraqlı anlar və unudulmaz görüşlərlə yadda qalır.

Qeyd edək ki, A.İsmayılov təqaüddə olan pedaqoqdur və təqaüdə çıxdığı andan etibarən illərdir ki, velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edir. May ayının 21-də o, Mingəçevir şəhərindən növbəti səfərə üz tutub.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar