Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşələrdə müşahidə qüllələri və gözətçi postları qurulur

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib

"Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib".

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, plana uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib: "Təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların, biçin sahələrinə od vuranların, meşə meyvələri toplayanların ehtiyatsızlığından və digər səbəblərdən baş verir. Belə halların qarşısının alınması məqsədilə nazirlik xidməti ərazilərin zəruri yerlərində meşə müşahidə qüllələrinin və ya gözətçi postlarının qurulmasına, eyni zamanda həmin sahələrə yaxın mövqelərdə fəaliyyət göstərən fermer təsərrüfatları ilə qarşılıqlı əlaqələrin yaradılmasına, biçindən sonra sahələrə od vurulmaması üçün maarifləndirmə işlərinin aparılmasına başlayıb. Belə ki, respublika ərazisində baş verən yanğınların meşə ərazisinə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlama işlərinin aparılmasına başlanılıb”.

Nazir müavini xahiş edib ki, təbiət qoynuna istirahətə gedən vətəndaşlar odla ehtiyatlı davransınlar, fermerlər biçənəkləri yandırmasınlar, təbiət ərazilərinə yaxın kəndlərin sakinləri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, sürücülər və vətəndaşlar siqaret kötüklərini ətrafa atmasınlar, milli sərvətimiz olan meşələri, yaşıllıqları qorusunlar və Nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirləri, verilən tövsiyə və göstərişləri anlayışla qarşılasınlar.

“Ötən il dünyanın bir çox ölkələrində dəhşətli yanğın hadisələri baş verib. Təbii ki, biz də nazirlik olaraq yanğının qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirmişik. Amma bu, o demək deyil ki, yanğınlar olmayacaq”, deyə, F.Əliyev bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar