Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynqulu Bağırov xaricdəki şirkətlərinə "əl gəzidirir" - Fotolar

Keçmiş nazir qızının adına olan şirkəti bacısının adına keçirib

Bir müddət əvvəl sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun xaricdəki biznesi ilə bağlı geniş məlumatlar yayılmışdı. Həmin məlumatlarda sabiq nazirin milyonluq biznesi haqqında müfəssəl bilgilər yer almışdı.

Bu məsələni araşdıran jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Bağırovla bağlı daha bir məlumat yayıb.

Həmin məlumatda deyilir ki, vaxtilə "ən fağır nazir" kimi tanıdığımız Hüseynqulu Bağırov ailəsinə məxsus çoxsaylı şirkətlər barədə sənədlər yayılandan sonra bəzi "profilaktik" tədbirlərə əl atıb. “Belə ki, sabiq ekologiya və təbii sərvətlər naziri Londonda qızı Sevinc Bağırovanın adına olan STAMINA CONSULTANCY & DEVELOPMENT LIMITED (şirkət qeydiyyat nömrəsi: 07838302) şirkətini bağlamaq üçün qızının adından Britaniya ədliyyəsinə rəsmi müraciət edib. Müraciət bu 2019-cu ilin fevralın 5-də reyestrə daxil edilib. Müraciətdə sözügedən şirkətin ləğvi xahiş edilir. Martın 13-dən şirkət rəsmən ləğv olunub. Yeri gəlmişkən bu şirkət 2011-ci ilin 8 noyabrından fəaliyyətdə idi”.

Yazının müəllifi qeyd edir ki, Hüseynqulu Bağırov daha bir şirkəti ilə bağlı da diqqət çəkən addım atıb. Belə ki, o, qızının adına olan Nordfields İnvestments Limited (qeydiyyat nömrəsi: 08557695) şirkətini bu il martın 13-dən bacısı Düriyyə Nuriyevanın adına keçirib. “Şirkətin 30 mart 2019-cu ildə Hüseynqulu Bağırovun qızının imzası ilə reyestrə daxil edilən sonuncu maliyyə hesabatına görə, keçmiş nazirin təkcə bu şirkətdəki cari aktivləri 1 milyon 860 min 945 funt sterlinqə (təxminən 2,5 milyon dollar) çatıb”.

Onun sözlərinə görə, keçmiş nazirin oğlunun Almaniyanın Wuppertal şəhərindəki Wu Immo Canter Gmbh şirkətinin aktivlərində də ciddi artım müşahidə olunub və son hesabata görə 6 milyon 170 min avrodan 10,9 miyon avroya çatıb.

Məsələ ilə bağlı yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(jamaz.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Ən çox oxunanalar