Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiyada prezident seçkilərində qadın namizəd liderdir

Slovakiyada növbəti prezident seçkiləri keçirilir

“The Slovak Spectator” saytı xəbər verir ki, dövlət başçısı vəzifəsinə 13 nəfərin namizədliyi qeydə alınıb. Slovakiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə əhalinin fəallığı yüksək səviyyədədir. Namizədlər arasında ən çox şansı olanlar Avropa Komissiyası prezidentinin müavini Maroş Şefçoviç, Ali Məhkəmənin keçmiş sədri Ştefan Harabin və vəkil Zuzana Çaputova sayılırdı.

Səsvermənin ilkin nəticələri elan edilməsə də, “exit-polların” nəticələrinə görə, qadın hüquqşünas, ölkədə korrupsiya əleyhinə mübarizəyə rəhbərlik edən Zuzana Çaputova irəlidədir. Hələ martın 1-də keçirilmiş sorğu nəticəsində seçicilərin 52,9 faizi məhz ona səs verəcəklərini bildiriblər. İndiki hakimiyyətin “Smer” partiyası isə jurnalist Yan Kuçiakın müəmmalı qətlindən sonra xalqın dəstəyini itirib. Onun namizədi Maroş Şefçoviç ikinci yerdədir. Rusiyaya qarşı sanksiyaların ləğvini istəyən Ştefan Harabin isə sonucu yerdə gəlir.

Seçki məntəqələri yerli vaxtla 19:00-da bağlanacaq. Qeydə alınmış 5,4 milyon seçicinin günortayadək 51 faizinin səs verdiyi bildirilir. Güman edilir ki, ən çox səs toplayan iki namizəd seçkilərin martın 30-da keçiriləcək ikinci turunda iştirak edəcək.

Zuzana Çaputova Reuters agentliyinə müsahibəsində bildirib ki, bu seçkilər ölkədə korrupsiyanın qarşısının alınması və ədalətin bərqərar olması üçün yaxşı imkandır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar