Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Hüseynli: “Moskvada baş vermiş hadisədə üçüncü qüvvələrin izi görünür”

“Moskvada çeçenlər və azərbaycanlılar arasında baş verən insident, sözsüz ki, təxribat xarakteri daşıyır. Tarixən çeçenlər və azərbaycanlılar arasında dostluq və qardaşlıq münasibətləri olmuşdur. Ümumiyyətlə, Qafqazın müsəlman xalqlarını, o cümlədən çeçenləri və azərbaycanlıları uzun əsrlik ümumi tarixi-mədəni ənənələr bağlayır”

Bunu Milli Məclisin Rusiya Dövlət Duması ilə parlamentlərarası İşçi qrupunun rəhbəri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son günlər Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Prezidenti Ramzan Kadırovun arasında mövcud olan şəxsi dostluq münasibəti xalqlarımızı daha da yaxınlaşdırıb: “Təsadüfi deyil ki, azərbaycanlılar hazırda Çeçenistana investisiya yatırır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. O cümlədən Şimali Qafqaz xalqlarının, həmçinin çeçenlərin yaşayış, iş və turizm üçün seçdikləri ən doğma ölkə məhz Azərbaycandır. Xalqlarımızı bağlayan tarixi-iqtisadi, mədəni yüzlərlə hadisələr, müsbət nümunələr var. Vaxtı ilə çeçenəsilli SSRİ xalq artisti Mahmud Esenbayev haqqında “Mən rəqs edəcəyəm” filmini məhz azərbaycanlı rejissor Tofiq Tağızadə çəkib. 1980-ci ildə isə ilk çeçen bədii filmi olan “Dağ novellası”nda (Горская новелла) əsas baş rollardan birində Azərbaycanın məşhur aktyoru Rasim Balayev çəkilib. Bu gün ictimaiyyətimizin, cəmiyyətimizin müzakirə edəcəyi, bölüşəcəyi çoxlu belə mədəni əlaqələr nümunələri var. Hətta idman yarışlarında belə azərbaycanlılar və çeçenlər arasında mübarizə simvolik xarakter daşıyır və qarşılıqlı hörmətlə müşahidə olunur. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, Moskvada baş vermiş bu hadisədə üçüncü qüvvələrin izi görünür və bunun heç bir real əsası mövcud olmayıb. Biz qardaş xalqlarımızın nümayəndələrini bu hadisənin mahiyyətini düzgün dəyərləndirməyə, internet vasitəsilə edilən provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq. Xalqlarımız arasında mövcud olan dostluq və qardaşlığı daha da inkişaf etdirmək və bunu nümayiş etdirmək bu təxribatlara ən yaxşı cavabdır” - Ə.Hüseynli vurğulayıb. (Report)

pia.az

 


Etiket: Əli Hüseynli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar