Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlayn mediaya maliyyə ayrılacaq? - Milli Məclisdə təklif

Bu gün Milli Məclisin plenar iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edib

Həmin çıxışı təqdim edirik:

""Milli Məclisin yaz sessiyasının qanunvericilik planı olduqca zəngindir. Düşünürəm ki, bizi kifayət qədər məhsuldar işlər gözləyir.

Mən 2 yeni qanun layihəsinin hazırlanmasını və qəbulunu təklif edirəm. Bunlardan biri Mətbuat Şurası ilə bağlıdır. Digəri isə onlayn media ilə.

Uzun müddətdir ki, hər iki qanunun vacibliyi barədə mediada geniş müzakirələr gedir. Ona görə də burada vaxtınızı almayacam. Amma fürsətdən istifadə edib başqa, özü də çox vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Söhbət Gürcüstanda ermənilərin kompakt məskunlaşdıqları Axalkalakinin Buqaşen kəndində terrorçu Mixail Avaqyana abidə qoyulmasından gedir. O Avaqyana ki, Xocalı soyqırımında iştirak edib, Dağlıq Qarabağda əli dinc soydaşlarımızın qanına batıb.

Gürcü və Azərbaycan xalqları tarixən dost xalqlardır, aralarında heç bir ciddi konflikt olmayıb. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələr daha da möhkəmlənib. Biz bir-birimizə lazımıq. Azərbaycan Gürcüstan üzərindən strateji layihələr reallaşdırır, Gürcüstana böyük sərmayələr yatırır. Gürcüstanın da regionda əsas tərəfdaşı bizik. Çox təəssüf ki, bunu gözü götürməyən qüvvələr var. Onlar hər imkanda ara qarışdırmağa çalışırlar. İstəyirlər ki, gürcü və Azərbaycan xalqları arasındakı bu dostluq pozulsun. Məlum abidənin ucaldılması bunun bariz nümunəsidir. Özü də elə bir vaxt seçiblər ki... 20 yanvar. Bu, heç də təsadüfi deyil. Deməli, hər şey planlı şəkildə həyata keçirilib.

Biz, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, gürcüstanlı həmkarlarımıza ünvanladığımız müraciətdə bunları bildirmişik. Hər iki tərəf birlikdə bu sayaq təxribatın qarşısını almalıdır. Həmin düşmən qüvvələr 2006-cı ildə də başqa bir terrorçu Qurben Dalibaldyana Axalkalakidə heykəl ucaltmışdılar. O da Dağlıq Qarabağda bizə qarşı qətllər törətmişdi. O zaman abidə qoyulmasına qarşı ciddi çıxılsaydı, bu günkü vəziyyətlə üzləşməzdik. Gördüyünüz kimi, həmin qüvvələr bu gün də aktivdirlər. Hətta Nəriman Nərimanovun Marneulidəki heykəlini də götürmək istəyirlər. Onu xalqlarımıza düşmən kimi təqdim edirlər. Bu da yolverməzdir, təxribatdır, iki xalqın arasını vurmağa cəhddir. Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük ölçüdə xəbərsizdir. Bəlkə də baş verənlərin fərqinə varmırlar. Amma ciddi yanaşmalıdırlar.

Bir daha bildirmək istərdim ki, Azərbaycan və Gürcü xalqları dost xalqlardır. Ölkələrimiz strateji tərəfdaşdır. Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla soydaşımız qəhrəmancasına vuruşub, qanlarını töküb. Dağlıq Qarabağda dinc əhalini erməni quldurlarından müdafiə edərkən 4 nəfər əslən gürcüstanlı olan soydaşımız qəhrəmancasına həlak olub. Onların xatirələri bizim üçün çox əzizdir. Biz həm gürcülər, həm azərbaycanlılar birlikdə bu dəyəri bizə düşmən olan qüvvələrdən qorumalıyıq. Ümüd edirik ki, qaldırdığımız məsələ özünün ədalətli həllini tapacaqdır".(Metbuat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar