Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“REGNUM”un baş direktorundan Qarabağla bağlı maraqlı iddialar

Ekspert münaqişə tərəflərinin tələskən olduğunu və bunun narahatlıq yaratdığını bildirib

“Müzakirə prosesində yeni bir şey yoxdur: yeni sənədlər, yeni prinsiplər və detallar müzakirə edilmir. Mənim fikrimcə, tanınmış “Madrid prinsipləri” müzakirə olunur, bir növ ərazilərin aralıq statusunun müəyyən edilməsi… Bunun üçün də, mənim fikrimcə, məsələnin mərhələli həll versiyası müzakirə olunur. Yəni, ilk iki rayon qaytarılır və proses növbəti mərhələdə davam etdirilir”.

Bunu Dağlıq Qarabağ münaqişəsi haqda Ermənistan KİV-ə açıqlamasında Rusiyanın “REGNUM” informasiya agentliyinin baş direktoru, politoloq Modest Kolerov deyib.

Ekspert münaqişə tərəflərinin tələskən olduğunu və bunun narahatlıq yaratdığını bildirib:

“Sanki tərəflər tələsik kimi görünür və proses sürətlənib. Daha yaxşı qərar vermək üçün tələsmək lazım deyil. Mən, açığı, daha asta prosesin tərəfdarıyam. Erməni tərəfinin tələskənliyi daha çox anlaşılmazdır. Çünki hakimiyyət orqanları bu məsələyə keçməzdən əvvəl bir çox problem həll etməlidir.

Yüksək səviyyəli görüşlərdə münaqişənin tarixi ilə bağlı müzakirələrin aparılması anlaşılan deyil. Hesab edirəm ki, əsas detalları müzakirə etmək lazımdır. Digər yandan isə, bu tələskənliyin xarici təzyiqlərdən qaynaqlandığını düşünmürəm. Ermənistanda iddia edirlər ki, kimsə təzyiq edir, bir sui-qəsd hazırlayır, amma mən buna inanmıram”.

Modest Kolerov Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətə də diqqət çəkib:

Ermənistan parlamentində müxalifət yoxdur, hakimiyyətin reytinqi yüksəkdir. Bəs niyə tələsirsiniz? Bunu deyə bilərəm, amma bu mərhələdə danışıqlar prosesinin intensivləşdirilməsinin məntiqi izahatı yoxdur”.(Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar