Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi doğum evlərində monitorinqlərə başlayıb

“Azərbaycanda neonatal skrininq proqramının pilot layihəsi hazırlanıb”

Bunu K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, artıq skrininq üçün avadanlıq sifariş olunub.

N.Quliyev qeyd edib ki, pilot layihənin hazırlanmasında məqsəd yenidoğulanlar arasında qismən tez-tez rast gəlinən fenilketonuriya, hipotireoz, mukovissidoz, adrenogenital sindrom, qlikogenoz kimiirsi xəstəliklərin erkən diaqnostikasını təmin etməkdir.

Baş pediatr əlavə edib ki, ana südü ilə qidalanmanın kütləviliyini təmin etmək məqsədilə təbii qidalanma üzrə klinik protokollar hazırlanıb, eyni zamanda, doğum evlərində uşaqların qidalandırılması ilə bağlı monitorinqlərə başlanılıb: “Əsas məqsəd ölkədə uşaq ölümü göstəricisini yaxın bir-iki il ərzində inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə çatdırmaqdır”.

O xatırladıb ki, bu ilin 11 ayı ərzində ölkədə 119 769 nəfər uşaq dünyaya gəlib: “2017-ci ilin müvafiq dövrü üçün bu göstərici 126 693 nəfər təşkil edib”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar